“Eko-TES” layihəsini yekunlaşdırdı

0
85

 

“Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai birliyi Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ətraf mühitin qorunması mövzunda seminarların təşkili” adlı layihəsini uğurla başa vurdu. Layihədə əsas məsələ əhalini televiziya vasitəsi ilə ətraf mühitin qorunması və bu sahədə olan problemləri əhaliyə çatdırmaq, ictimaiyyətin bu sahədə fəallığını artırması yollarını araşdırmaq idi.

Televiziya verilişində “Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai birliyinin sədri Çingiz Nəzərov, müstəqil ekspert Xosrov Musayev aparıcı Rasim Zeynalov ekoloji problemlər, onların insan orqanizminə təsiri, respublikanın sənaye müəssisələrinin ətraf mühitin çirkləndirilməsindəki rolundan danışıblar.

Əhalini daha çox naratat edən, son zamanlar ölkə başçısının da xüsusi diqqət yetirdiyi su çatışmazlığı, içməli su  və onun keyfiyyət məsələri ətrafında müzakirələr aparılıb. Diqqət su qanunveriçiliyi, bu qanunveriçilikdəki boşluqlara yönəldilib, bu tip məsələlər ön plana çıxarılıb.

“Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai birliyinin  mütəxəssisləri ilə hazırlanan iki televiziya verilişi  həm “Aran TV”,  həm də “Kəpəz TV” də  yayımlanıb.

Esmira Hidayətova