Dünyanın ekoloji fəlakətinə çevrilən zəlzələlər

0
357
Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsi, Kür ovalığı, Cənubi-Xəzər çökəkliyi, Talış qırışıqlıq zonası. Azərbaycan da tarix boyu dəhşətli zəlzələlərə meydan olub və böyük ekoloji dağıntılara məruz qalıb. Ümumiyyətlə, Azərbaycan ərazisi tarixi dövr ərzində güclü və fəlakətli zəlzələlər baş vermiş ərazi kimi yüksək seysmik aktivliklə fərqlənir.  Bu müstəvidə də  Azərbaycanda və dünyada baş verən zəlzələlərə və onların ekologiyaya vurduğu ağır zərbələr və onların gətirdikləri fəlakətlərə diqqəti cəlb etmək istəyirik.
Bəşəriyyət tarix boyu çoxsaylı zəzələlər nəticəsində sarsılıb və yüz minlərlə insan, minlərlə  iri şəhər, kənd, qəsəbə bu dəhşətli fəlakətin qurbanına çevrilib. Zəlzələlərin gətirdiyi ekoloji fəlakətləri ən dəhşətli müharibələrin vurduğu ağır zərbələrlə belə, ölçmək mümkün deyil. Dünyanın məşhur ekoloqlarının fikrincə, zəlzələlərin gətirdiyi ekoloji fəlakətlər yalnız dünyanın hər hansı bir ərazisi ilə məhdudlaşmır və istənilən an bəşəriyyətin bir andaca məhvinə səbəb ola biləcək, belə demək mümkünsə, “qiyamət” əlamətinə çevrilə bilər. Bu baxımdan Azərbaycan da istisna deyil. Belə ki, Azərbaycan ərazisi Aralıq dənizi hərəkətli qurşağının mərkəzi hissəsi hüdudlarında yerləşir və Ərəbistan və Avrasiya litosfer plitələrinin dinamikası ilə əlaqədar olan yüksək geoloji aktivliklə səciyyələnir. Qurşaq əhatə etdiyi bütün sahə üzrə yüksək seysmikliklə, müasir maqmatik və palçıq vulkanizmi ilə, sürüşmə proseslərinin geniş inkişaf etməsi ilə,  müasir vertikal və horizontal hərəkətlərin təzadlı xüsusiyyəti ilə səciyyələnir. Adıçəkilən proseslərin əksəriyyəti öz əksini Azərbaycan ərazisində tapmışdır, başqa sözlə, həm kiçiksürətli, həm də yüksəksürətli müasir geodinamik proseslər Azərbaycanın ayrı-ayrı geostruktur zonalarının ərazisində geniş yayılmışdır: Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsi, Kür ovalığı, Cənubi-Xəzər çökəkliyi, Talış qırışıqlıq zonası. Azərbaycan da tarix boyu dəhşətli zəlzələlərə meydan olub və böyük ekoloji dağıntılara məruz qalıb. Ümumiyyətlə, Azərbaycan ərazisi tarixi dövr ərzində güclü və fəlakətli zəlzələlər baş vermiş ərazi kimi yüksək seysmik aktivliklə fərqlənir.  Bu müstəvidə də  Azərbaycanda və dünyada baş verən zəlzələlərə və onların ekologiyaya vurduğu ağır zərbələr və onların gətirdikləri fəlakətlərə diqqəti cəlb etmək istəyirik.

Azərbaycanda zəlzələlər  və onların gətirdiyi ekoloji fəlakətlər

 

Tarixdən bizə məlum olan ən böyük zəlzələlərdən biri Azərbaycanda 1139-cu ildə Gəncədə baş verib. Zəlzələnin gücü dağıntıların həcminə, ətraf mühitə və ekologiyaya vurduğu ağır zərbələrə əsasən, 6,3-7,1 bal olduğu ehtimal edilir.

Güclü zəlzələ nəticəsində Kəpəz dağı uçaraq, Ağsu çayının qarşısını kəsdi və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zalugöl, Ağgöl, Qaragöl və Şamlıgöl yarandı.  Bəzi mənbələrə görə 230 min, bəzilərinə görə, isə 300 min insan həlak olub. Zəlzələ ətraf mühütin simasını bir andaca dəyişdirərək çoxlu sayda kəndlərin və yaşayış məskənlərinin su və hündür dağların altında qalmasına səbəb oldu. Zəlzələdən sonra Gəncə və ətrafına vurulan ekoloji zərbə isə daha ağır olmuşdu. Sonrakı illərdə də ətraf mühitə və ekologiyaya ağır zərbələr vuran zəlzələlər davam etdi. Belə dəhşətli zəlzələlərdən biri də 1669-cu ildə Azərbaycanın seysmik baxımdan ən fəal zonalarından biri hesab edilən Şamaxıda baş verdi. 5,7-6 bal gücündə olduğu ehtimal edilən zəlzələ ekologiya ağır zərbə vuraraq, bir andaca Şamaxı və ətrafının xarabalığa çevrilməsinə, yaşıllıqların yerində uçurumların və dərin yarğanların əmələ gəlməsinə səbəb oldu. Zəlzələ nəticəsində minlərlə ev dağıldı, 7 min nəfər insan bu dəhşətli fəlakətin qurbanı oldu, yüzlərlə bulaq qurudu, meşələr isə yerin altına getdi. Yaşıllıqlar vadisi, məcazi mənada “cənnət məkan” adı verilən Şamaxı, bir sözlə, ekoloji baxımdan insan yaşaması mümkün olmayan bir xarabalığa çevrildi. Şəhərdə sağ qalanlar Şamaxıdan aralıda məskunlaşmağa məcbur oldular. Şamaxı yenidən inşa edilsə də, ekologiyanı əvvəlki təbii vəziyyətinə qaytarmaq mümkün olmadı.

1828-ci ildə Şamaxıda baş verən 5,7 bal gücündəki zəlzələ Şamaxının yenidən dağılmasına, torpaq sürüşmələrinə və yüzlərlə evin içindəki insanlarla birgə torpağın altına batmasına gətirib çıxardı və sözün əsl mənasında, yeni bir ekoloji fəlakət baş verdi.

Digər bir zəlzələ isə 1842-ci il, yanvar ayının 2-də Bakının Maştağa kəndində baş verdi. 5 ballıq zəlzələdən Abşeron yarımadasının şimal-şərq hissəsindəki Maştağa kəndində 700 evin hamısı uçmuş, bağlar məhv olmuş, bulaqlar qurumuşdu. Bu zəlzələ Bakıda da çox güclü hiss olunmuşdu.

Azərbaycan seysmik cəhətdən təhlükəli zonada yerləşir

 

1859-cu ildə Şamaxıda 5,9 bal gücündə daha bir zəlzələ baş verdi. Zəlzələ nəticəsində Şamaxı şəhəri tamamilə dağılmış, şəhərin yerində yarğanlar əmələ gəlmiş, ətraf mühitə, ekologiyaya böyük zərbə dəymişdi. Şamaxının zəlzələlər nəticəsində ekoloji baxımdan yaşamağa yararsız hala düşməsi və şəhərdəki böyük dağıntılar quberniyanın mərkəzinin Bakıya köçürülməsinə səbəb oldu. Bu həm də Şamaxı  quberniyasının adının dəyişdirilərək, Bakı quberniyası adlanmasına səbəb oldu. Zəlzələ nəticəsində 100 nəfər dünyasını dəyişdi. Zəlzələnin gücü, onun gətirdiyi fəlakətlər və ekologiyaya vurduğu zərbələr o qədər böyük olub ki, həmin hadisədən sonra xalq arasında “Şamaxı batan kimi” ifadəsi yaranıb. Bu dəhşətli ekoloji fəlakətin yaraları sağalmamış 1872-ci ildə Şamaxıda 5,7 bal gücündə olduğu ehtimal edilən daha bir zəlzələ baş verdi. Zəlzələ şəhərdə dağıntılara və yeni ekoloji fəlakətlərə səbəb oldu.

Bu baxımdan 1902-ci ildə Şamaxıda 6,9 bal gücündə baş verən zəlzələ daha böyük dağıntılara,  yüzlərlə insanın ölümünə və yeni ekoloji fəlakətlərə gətirib çıxardı. Zəlzələ zamanı şəhərin 2 000 nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20 000 nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, 10-dan artıq mədrəsə, 40 qədim Şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə yeksan olub, şəhərə xüsusi yaraşıq verən yaşıllıqlar, meyvə bağları məhv olmuşdu. Bura Xəzər dənizində mütəmadi olaraq baş verən  və ekologiyaya ağır zərbələr vuran zəlzələləri (957, 1812, 1842, 1852, 1911, 1935, 1961, 1963, 1986, 1989, 2000 və 2014-cü illər) də əlavə edəndə Azərbaycanın seysmik cəhətdən nə qədər böyük təhlükə zonasında yerləşdiyini aydın görmək olar.

Aşqabad zəlzələsi yeni ekoloji fəlakət gətirdi

II Dünya müharibəsindən sonra ekologiyaya ən ağır zərbə vuran dəhşətli zəlzələlərdən biri Xəzərin o tayında, bizə qonşu olan Türkmənistanın paytaxtı Aşqabadda baş verdi. Belə ki, 1948-ci il, oktyabr ayının 5-dən 6-na keçən gecə yerli vaxtla saat 1.14-də Aşqabadda 9-10 bal gücündə zəlzələ baş verdi. İlk təkanlardaca şəhərdəki bütün tikililərin 90-98 faizi dağıldı. Hadisə gecə baş verdiyindən insan itkisi də kifayət qədər yüksək oldu. Zəlzələ  10-12 kilometr dərinlikdə baş vermişdi. İlk iki təkan 5-8 saniyə davam etdi. Birinci təkanda binaların bəziləri, ikinci təkanda isə, demək olar ki, hamısı dağıldı. Səhər saat 6-da 7-8 bal gücündə daha bir təkan qeydə alındı. Sonra təkanlar ardıcıl olaraq 4 gün ərzində təkrarlandı.  Nəticədə Aşqabad böyük ekoloji fəlakətlə üz-üzə qaldı. Belə ki, zəlzələ nəticəsində şəhərdəki bütün yaşıllıqlar, demək olar, məhv oldu, su quyuları çirkləndi, kanalizasiya sistemləri sıradan çıxdı, qorxulu xəstəliklərin hər an sürətlə yayılma təhlükəsi yarandı.

Həmin dövrdə SSRİ-ni idarə edənlər baş verən zəlzələnin və onun gətirdiyi ekoloji fəlakətin dəhşətləri barədə susmağa üstünlük verdilər. Yalnız mətbuatda zəlzələnin insan tələfatına səbəb olduğu barədə məlumat getdi.

Ardı növbəti sayımızda Azərbaycan

Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here