Dünyanın daş nəhəngləri

646
Heykəltəraşlıq sənəti insanların qədimdən bəri məşğul olduğu sənət sahələrindən biridir. İnşa edilən bu heykəllər müxtəlif növ inancları, dini ayinləri, xeyir və şər qüvvələri təmsil edir. İnsanlar tərəfindən tikilən bu möhtəşəm sənət nümunələrinə nəzər saldıqda isə heyrətlənməmək mümkün deyil. Həmin abidələri sizə təqdim edirik
Ushiku Daibutsu heykəli (120 metr) – Yaponiyanın İbaraki bölgəsində ucaldılan  Ushiku heykəli 1993-cü ildə inşa edilib. Heykəl yerdən 10 metr yüksəklikdə yerləşən bir sütunun və 10 metr yüksəkliyindəki platformanın üzərində yerləşir. Bunlar daxil olmaqla heykəlin ümumi hündürlüyü 120 metrdir. Heykəl Buddanın həyat və işıq qaynağı hesab edilir və təxminən 4 min ton ağırlığındadır. Koi gölünün kənarında yerləşən heykəl dünyanın ən gözəl mənzərələrindən birinə malikdir.Sendai Daikannon (100 metr) – Sendai Daikannon heykəli  Yaponiyanın Sendai şəhərində yerləşir və 100 metr hündürlüyü ilə  dünyanın ən böyük altıncı heykəli hesab olunur. 1991-ci ildə açılan heykəlin bir ovucunda ləl-cəvahirat, digər ovucunda isə su var. Bundan əlavə heykəlin aşağı hissəsində 33 ədəd kiçik heykəllər yerləşir. Bu heykəllər Çin astronomiyasının 12 simvolunu təmsil edir. Qeyd edək ki, heykəlin zirvəsinə çıxmaq üçün lifdən istifadə olunur. Buradan Sakit okeanının möhtəşəm mənzərəsini görmək mümkündür.

 

Kolumbun heykəli (60 metr) – İtalyan səyyah Xristofor Kolumbun şərəfinə 1888-ci ildə inşa edilən bu heykəl təxminən 60 metr hündürlüyündədir. Heykəlin ölkənin Cenova bölgəsində ucaldılmasına səbəb buranın Kolumbun Amerikanı kəşf etdikdən sonra İspaniyaya qayıdarkən ilk ayaq basdığı yer olmasıdır.
Azadlıq heykəli (46 met) – 1886-cı il oktyabr 28-də təntənəli açılış mərasimi ilə açılan abidə Nyu-Yorkun ümumiyyətlə, ABŞ-ın simvoluna çevrilib. Heykəlin baş hissəsindən  əlində tutduğu məşələ qədər olan hündürlük 46 metrdir ki, bu da 22 mərtəbəli bir binaya bərabərdir. Fransa xalqı adından ABŞ-a hədiyyə edilən heykəl Romanın azadlıq ilahəsi hesab olunan “Libertas”ı təcəssüm etdirir. Üzərində inşa edildiyi platforma ilə birlikdə hündürlüyü 93 metrə çatan heykəlin ağırlığı təxminən 204 tona yaxındır. Heykəlin sol əlində tutduğu “tabula ansata”nın (qanunların yazıldığı tablet) üzərində rum rəqəmləri ilə ABŞ-ın müstəqillik qazandığı 4 iyul 1776-cı il tarixi həkk olunub (July IV, MDCCLXXVI).Çingiz Xanın nəhəng heykəli (40 metr) – Monqolustanın paytaxtı Ulan-Batordan bir saat uzaqlıqda boş br ərazidə inşa edilən nəhəng “Çingiz Xan” heykəli görənləri heyrətə gətirir. Dünyanın ən böyük heykəllərindən biri olan bu abidənin hündürlüyü 40 metrə çatır. Poladdan hazırlanan və “Qızıl Qamçı” adlandırılan heykəlin içindən keçən bir liftlə onun atının baş hissəsinə çıxaraq ucsuz-bucaqsız monqol çöllərini seyr etmək mümkündür. Qeyd edək ki, “Qızıl Qamçı”nın heykəlində təsvir olunan nəhəng monqol çəkməsi də Ginnesin Rekordlar Kitabına düşüb.