Dərs deyildiyi zaman ilk əvvəl ağlımıza dil, riyaziyyat, fizika və s. kimi fənnlər gəlir. Ancaq dünyanın bəzi universitetlərində elə dərslər keçirilir ki, onların dərs olub-olmadığı bəzən insanı şübhəyə salır. Bu qəribə dərslərdən bir neçəsini təqdim edək:
– Öz dininizi yaratmaq dərsi – ABŞ Alfred Universiteti;
– Fəlsəfə və Kosmos Yolu dərsi – Vaşinqton Corctaun Universiteti;
– “Harri Potter”: Ədəbiyyat ənənələri və Populyar mədəniyyət – Los-Anceles, Kaliforniya Otis İncəsənət və Dizayn Məktəbi;
– Super qəhrəmanlara elmi yanaşmalar -ABŞ Kaliforniya Universiteti;
– Sualtında səbət hörmək – ABŞ Oreqon ştatı Reed Kolleci;
– Populyar mediada zombilər dərsi – Kolumbiya Universiteti;
– Zombi istilasından xilas olmaq – Miçiqan Universiteti;
– Siyasi keramika – Benninqton Universiteti;
– “YouTube”dan öyrənmək – Los-Anceles Pitzer Universiteti;
– “Simpsonlar” və fəlsəfə – Kaliforniya Universiteti;
– “Aclıq Oyunları” – Sinif, siyasət və marketinq – Amerika Universiteti;
– Əcinələr haqqında – ABŞ Massaçusets ştatı Hempşayr Universiteti;
– Qardaşlıq və kişilər haqqında (Kişilər nə istəyir?) – Avstraliya Sidney Universiteti;