Hazırda dünyanın müxtəlif ölkələrində kifayət qədər zəngin insanlar var. Onlardan kimisi ağlının gücü, kimisi də qolunun gücü hesabına var-dövlət sahibi olub. Tanınmış zənginlərdən Stiv Cobs, Bill Qeyts, Ceyms Kameron, Mark Zukerberq, Leydi Qaqa kimi məşhurların adlarını çəkmək olar. Onların sahib olduqları sərvətin dəyəri 50-60 milyard dollar arasında dəyişir. Sizə təqdim edəcəyimiz siyahıda indiyə qədər dünyanın ən zəngin şəxsləri olmuş məşhurların adları sıralanıb. | |||||||||||||
Varren Buffet: Amerikalı iş adamı Varren Buffet dünyanın ən zəngin insanlarından hesab olunur. “Berkshire Hathway” investisiya şirkətinin sahibini həm də xeyrixah kimi tanınır. Məlumat üçün bildirək ki, Buffet 2012-ci ildən etibarən 64 milyard dollarlıq sərvətin sahibidir.Samuel Murrsell Valton: ABŞ-ın ən zəngin insanlarından hesab olunan Sam Valton “Walmart” mağazalara şəbəkəsinin qurucusu olub. 1992-ci ildə vəfat edən Valton 3 övladına 65 milyard dollarlıq miras qoyub. 10 ildən sonra isə bu məbləğ 100 milyarda qədər yüksəlib.Marşal Fild: “Marshall Field and Company”nin qurucusu olan Marşal 1906-cı ildə dünyasını dəyişib. O, həmin vaxta qədər 66 milyard dollarlıq sərvəti ilə dünyanın ən zənginləri sırasında olub.
Karlos Slim: Meksikada “Telmex” və “Amerika Movil” adlı telekommunikasiya şirkətlətlərinin sahibi olan Karlos Slim 68 milyard dolların sahibidir. O, 2010-cu ildən etibarən Latın Amerikasının ən böyük mobil operatoru hesab olunur. Cey Quld: 1836-1892-ci illər arasında yaşayan və dəmiryolu kralı kimi tanınan Cey Quld dünyanın ən zənginləri sırasında olub. Öz dövründə “quldur baron” ləqəbi ilə tanınan Cey 71 milyard dollarlıq sərvətin sahibi olub. Fredriç Ueyerhauser (Friedrich Weyerhauser): 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində yaşamış Fredriç Veyerhauser ilk sərvətini taxta-şalban sataraq qazanıb. Bu işdən qazandığı pullarla ərazilər alan Fredriç beləliklə ABŞ-ın ən böyük torpaq sahibinə çevrilib. O, 80 milyard dollarla dünyanın ən zənginləri arasında yer alıb. Aleksandr Turney Stevard: 1823-cü ildə İrlandiyadan ABŞ-a gələn Stevard dünyanın ən böyük mağazalar şəbəkəsini qurub. Bununla yanaşı, məktubla alış-verişin ilk yaradıcısı olan Stevard 90 milyard dollarlıq sərvətin sahibi olub. Stefan Qirard: Fransada doğulan dənizçi, eyni zamanda bank sahibi olan Stefan Qirard 1812-ci il müharibəsi zamanı ABŞ hökumətinə maddi dəstək verib. Onun bu cür addımı qarşılıqsız qalmır və müharibədən sonra 105 milyard dollarla ölkənin ən zəngin iş adamına çevrilib. Con of Qraund: İngiltərə kralı III Eduardın oğlu Con of Qraund ölkədə naiblik vəzifəsini yerinə yetirib. Vəzifədə olduğu müddətdə ona bağışlanan ərazilərin hesabına 110 milyardlıq sərvətin sahibini olub.
|