Dünyanı rənglərlə tanımağa çalışdılar

0
335

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə həyata keçirilən “Dünyanı rənglərlə tanıyaq” layihəsi başa çatıb.

İstedadlı gənclərin üzə çıxarılması, gənclərin rəssamlığa olan marağının artırılması, bunun nəticəsində bu gənclərin gələcəkdə daha böyük incəsənət layihələrində iştirak etməsini qarşıya məqsəd qoyan layihədə həm orta məktəb şagirdləri, həm də universitet və kollec tələbələri iştirak ediblər.

Layihə zamanı gənclər dünya xəritəsindən  ölkələr seçməklə onu istədikləri rənglərlə boyayıb. Eyni zamanda təlimlərdə gənclərə rənglərin ifadə etdiyi mənalar, həmçinin rənglərin həyatımıza təsirləri haqqında danışılıb. Qruplara ayırlan iştirakçılar təqdimat zamanı seçdikləri rənglərin mənasını  izah etməyə çalışıb. 3 gün keçirilən təlimlərdən sonra layihədə fəal iştirak edən gənclər sertifikatla təltif olunub.

Esmira Hidayətova, Mingəçevir