Dünyada koronavirusa yoluxanların sayı 350 milyonu ötüb

45

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 350 milyonu, ölənlərin sayı isə 5,6 milyonu keçib.

alpaninfo.com apa-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, ümumilikdə dünya üzrə 352 796 704 nəfər koronavirusa yoluxub, 5 600 434 nəfər isə bu xəstəlikdən ölüb.

Son sutkada yoluxma sayı 2 158 785, ölüm sayı isə 6 189 olub.

Yoluxma hallarının əksəriyyəti ABŞ-da qeydə alınıb – 70153597. Növbəti yerlərdə Hindistan (39799202), Braziliya (24044255), Fransa (16347127) və Böyük Britaniya (15953689) qərarlaşıb.

Ən çox ölüm hadisəsi də yenə ABŞ-da olub – 860113. Digər yerləri Braziliya (623097), Hindistan (490462), Rusiya (327448) və Meksika (303183) bölüşüb.