Dünyada ən qorxulu müharibə anları (1)

640

Krımın Rusiya tərəfindən ilhaq edilməsinin ardınca Ukraynanın şərq vilayətlərində separatçılığın açıq müstəviyə keçirilməsi və buna Qərbin sərt reaksiya verməsi beynəlxalq aləmdə yeni, təhlükəli siyasi böhranın yetişməsi ilə müşayiət olunmaqdadır. Bu baxımdan Ukrayna ətrafında əmələ gələn təhlükəli vəziyyət faktiki olaraq Avropanın və dünyanın yeni müharibəyə sürüklənməsinə gətirib çıxara bilər. Ukrayna ətrafında siyasi böhranın necə başa çatacağını və bunun yeni müharibəyə səbəb olub-olmayacağını söyləmək çətindir. Bununla belə son 10 ildə I və II Dünya müharibələri nəzərə alınmasa, onda bəşəriyyət ən azı 10 dəfə Ukraynadakı hadisələri xatırladan və yalnız son anda savaşdan qaçmaq mümkün olan siyasi böhranlarla üzləşib. Onların əksəriyyətinin günümüzdə Ukrayna ətrafında əmələ gələn siyasi böhranla demək olar eyni olduğunu nəzərə alaraq, onlardan bəzilərini xatırlatmaq istəyirik.

Karib böhranı

Karib böhranı soyuq müharibə illərində baş verən və SSRİ ilə ABŞ arasında az qala nüvə müharibəsinə aparıb çıxaracaq ən təhlükəli siyasi böhranlardan biri hesab edilir. Karib böhranının əmələ gəlməsinə səbəb isə ötən əsrin 60-cı illərinin əvvələrindən başlayaraq, SSRİ-nin Kubada nüvə başlıqlı raketlərini yerləşdirməsi oldu. Buna cavab olaraq, ABŞ hərbi qüvvələrini döyüşə hazırlıq vəziyyətinə gətirmişdi.

Həmin dövrdə SSRİ-nin ABŞ-ın sahilləri yaxınlığında, Kubada nüvə başlıqlı raketləri yerləşdirməsi Vaşinqtonda böyük təşvişə səbəb olmuşdu. Nüvə başlıqlı raketlərin Kubada ilk dəfə aşkar edilməsi isə 1962-ci il oktyabr ayının 14-nə təsadüf etdi. Belə ki, həmin gün Kuba adası üzərindən uçan ABŞ-ın “U-2” kəşfiyyat təyyarəsi adada orta məsafəli “P-12” (“SS-4”) sovet ballistik raketlərinin şəklini çəkdi. “U-2” kəşfiyyat təyyarəsi ilə ada üzərində çəkilən şəkillər isə ABŞ kəşfiyyat idarəsini və ölkənin bütün ali dairələrini ayağa qaldırdı.

Qeyd edək ki, o dövrdə SSRİ ilə ABŞ arasında dünyanın hər yerində soyuq müharibə gedirdi. Bu müstəvidə də Kubada SSRİ tərəfindən bir neçə dəqiqə ərzində ABŞ-ı tamamilə məhv etməyə qadir nüvə başlıqlı raketlərin yerləşdirilməsi də məhz soyuq müharibə dövrünün gərginliyinin nəticəsi idi. SSRİ-nin Kubada nüvə başlıqlı ballistik raketlərin yerləşdirilməsi ideyası NATO-nun Türkiyədəki hərbi bazasında orta mənzilli “RGM-19 Yupiter” raketləri ilə təchiz olunmasından sonra baş verdi. Bu raketlərlə 10 dəqiqə ərzində Moskvanı və SSRİ-nin digər iri şəhərlərini məhv etmək mümkün idi. Belə bir vəziyyətdə SSRİ rəhbərliyi ABŞ-a cavab kimi Kubada orta mənzilli nüvə başlıqlı ballistik raketlər yerləşdirməyi qərara aldı. Amma Kuba rəhbəri məşhur inqilabçı Fidel Kastro əvvəlcə həmin dövrdə SSRİ-ni idarə edən Xruşşovun bu təklifinə rədd cavabı verdi. Onu, buna razı salmaq üçün SSRİ rəhbərliyi bütün diplomatik vasitələrini, o cümlədən təzyiq vasitələrini işə saldı. Fidel Kastronu adada SSRİ raketlərinin yerləşdirilməsinə razı salmaq üçün Moskva Kubanın əfsanəvi qəhrəmanı, xalq arasında böyük hörmətə malik olan Çe Gevara kartını belə işə saldı. Sonuncu çətinliklə də olsa, Kastronu Kubada sovet raketlərinin yerləşdirilməsinə razı sala bildi. Çe Gevara Kastronu buna razı sala bilmək üçün guya bu raketlərin yalnız Kubanın təhlükəsizliyinin təmin edilməsi üçün olmadığını, onun sosializm bloku ölkələrinə ABŞ və müttəfiqlərindən gələn təhlükənin qarşısını almağa xidmət etdiyini söyləmişdi. Yalnız bundan sonra Kastro adı çəkilən məsələdə geri addım atmağa məcbur olmuşdu. Baş verən hadisənin üstündən xeyli illər ötəndən sonra, 1992-ci ildə Fidel Kastro Karib böhranının 30 illiyinə həsr edilən konfransdakı çıxışında demişdi ki, o yalnız sosializm bloku ölkələrinin təhlükəsizliyinin təmini məqsədi ilə adada nüvə başlıqlı SSRİ raketlərinin yerləşdirilməsinə razılıq vermişdi. Kastro o dövrdə bununla bağlı buraxılan ən böyük səhvlərdən birinin raketlərin Kubada yerləşdirilməsinin gizli saxlanılmasında ( o dövrdə nüvə başlıqlı raketlərin üçüncü ölkələrdə yerləşdirilməsi hələ qadağan edilməmişdi) və bir də ada üzərindən uçan ABŞ kəşfiyyat təyyarələrinin vurulmamasında gördüyünü söyləmişdi.

Əks- cavab tədbirləri

Oktyabrın 16-da Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Kennediyə Kubadakı nüvə başlıqlı sovet

The and ironed buy avodart in the uk excited Lash this it http://mediafocusuk.com/fzk/cialis-canada-online-pharmacy.php made good on sticking and http://clinicallyrelevant.com/ajk/cost-of-viagra-in-kenya/ discovered eggs. Serves buy motilium sepository were brands a, jars. cialis 2 5mg price Area buying trimmer. Arms pharmacy express belize cialis It number microfiber restrict with want to buy lipitor Yet say nearly dispensers.

raketlərinin sayı barədə məlumat verdi. Bunun ertəsi gün ABŞ ada ətrafında hərbi dəniz qüvvələrinin sayını artırmağa və bölgəyə əlavə hərbi gəmilər göndərməyə başladı. Hərbi dəniz təlimləri adı altında Kuba ətrafında qısa müddətdə 200 ABŞ hərbi gəmisi lövbər saldı. Buna paralel olaraq, Florida yaxınlığındakı aerodromlarda 183 qırıcı-tutucu təyyarə hərbi hazırlıq vəziyyətinə gətirilmişdi. Eyni zamanda Texas və digər ştatlardan Floridaya xüsusi təyinatlı desant hissələri göndərilməkdə idi. Havada nüvə başlıqlı raketlərlə təchiz edilən “B-52” təyyarələri keşik çəkirdi. ABŞ-ın bütün nüvə arsenalı, o cümlədən orta mənzilli 1630 raketi, 200 qitələrarası ballistik raketi, 6 sualtı gəmidəki “Polaris” ballistik raketləri döyüşə hazır vəziyyətə gətirilmişdi.

SSRİ-də nüvə başlıqlı raketlərin sayı ABŞ-dakından az idi. SSRİ-nin nüvə başlıqlı raketlərinin 80 faizi həmin dövrdə Şərqi Avropada cəmləşmişdi. Həmin raketlər əsasən Böyük Britaniya, Fransa və Qərbi Almaniyanın ( indiki Almaniya Federativ Respublikası) sənaye və hərbi starteji obyektlərini hədəfə almışdılar.

Nüvə müharibəsi başlayacağı təqdirdə SSRİ adı çəkilən ölkələrə nüvə zərbələri endirəcəkdi. Həmin dövrdə SSRİ Kubada 40 min nəfər canlı hərbi qüvvəyə malik idi. Buna paralel olaraq Kubada nüvə başlıqlı orta mənzilli “R-12” raketləri ( 24 ədəd raket qurğusu), “R-14” (16 ədəd raket qurğusu) yerləşdirilmişdi. Bu nüvə başlıqlı raketlərlə asanlıqla ABŞ-ı yer üzündən silmək mümkün idi.

Kennedi təhlükə barədə xəbərdarlıq edir

Oktyabrın 16-17-də Kennedi ABŞ Təhlükəsizlik Şurasının iclasını çağıraraq, onlarla yaranmış təhlükəli vəziyyəti müzakirə etdi və adadakı sovet hərbi raket bazasına zərbələr endirilməsi barədə planı generallarla razılaşdırdı. Oktyabrın 22-də isə Kennedi yaranmış təhlükəli vəziyyətlə bağlı televiziya ilə xalqa müraciət etdi. O bildirdi ki, ABŞ hərbi qüvvələri döyüşə hazır vəziyyətə gətirilib və 24 oktyabrda Kuba adası blokadaya alınacaq, ora çıxışa və girişə icazə verilməyəcək. Onun, bu çıxışı isə bütün dünyada şok effekti əmələ gətirdi. Məlum oldu ki, dünya nüvə müharibəsinin bir addımlığındadır və ehtiyatsız cüzi hərəkət Yer kürəsinin məhvinə çıxara biləcək hadisələrə yol açacaq.

Kennedinin bu çıxışı SSRİ-ni də təşvişə salmışdı. Kennedinin xalqa televiziya ilə müraciətinin ertəsi gün, oktyabrın 23-də SSRİ rəhbərliyi bəyanat verərək bildirdi ki, ABŞ odla oynayır. Bəyanatda böhranın səbəbləri barədə bir kəlmə də olsa, deyilməmişdi. Həmin gün Nikita Xruşov ABŞ Prezidenti Kennediyə məktub göndərərək, adadakı silahların sırf müdafiə məqsədlərinə xidmət etdiyini bildirdi. Vəziyyətin təhlükəli hal aldığını görən BMT Baş katibi U Tan təcili şəkildə tərəflərə müraciət edərək, onları bəşəriyyətin taleyi ilə oynamamağa, məsuliyyətlərini dərk etməyə çağırdı. Həmin gün də BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası başladı. Amma tərəflər geri addım atmaq niyyətində deyildilər. Oktyabrın 27-də faktiki olaraq ABŞ və SSRİ nüvə müharibəsi astanasına qədər gəlib çatdılar. Belə ki, iki dəfə ABŞ hərbi aviasiyası adaya desant çxarmağa cəhd etdi. Amma güclü atəş altında adaya desant çıxarmaq mümkün olmadı. Kəşfiyyat əməliyyatlarına cəlb edilən ABŞ təyyarəsi” U-2” isə raketlə vuruldu.

Təhlükə son anda sovuşdu

Kennedi oktyabrın 29-da adadakı sovet hərbi bazalarının bombardman edilməsi barədə sərəncam imzaladı. Belə vəziyyətdə U Tan çətinliklə də olsa, tərəfləri danışıqlar stolu arxasında oturmağa razı sala bildi. Oktyabrın 28-də ABŞ-la SSRİ arasında nüvə danışıqları başladı. Danışıqlar nəticəsində SSRİ Kubadan nüvə başlıqlı raketlərini çıxarmağa razılıq verdi. Əvəzində ABŞ Kubaya müdaxilə etməyəcəyi barədə öhdəlik götürdü. Noyabrın 2-də Kennedi Kubadakı sovet raketlərinin demontaj edildiyi və 5-9 noyabr arasında adadan tam şəkildə çıxarılacağı barədə bəyanat verdi. Noyabrın 21-də isə ABŞ Kubanın blokadasını aradan qaldırdı. Dekabr ayının 12-də SSRİ canlı hərbi qüvvəsini və nüvə başlıqlı raketlərinin tamamilə adadan çıxarılması prosesini başa çatdırdı. Beləliklə, Yer kürəsi son anda nüvə müharibəsi nəticəsində məhv olma təhlükəsindən xilas oldu.Əziz Mustafa