“Dünya səhnədir”in qalibi bizim rəssam olub

0
510

2014-cü ilin iyun ayında Suriyada ənənəvi təşkil olunan IX Beynəlxalq Karikatura Müsabiqəsinə yekun vurulub. Müsabiqənin nəticələrinə görə azərbaycanlı karikaturaçı rəssam Bayram Hacızadə müsabiqənin qızıl medalına layiq görülüb. Bu rəssamın beynəlxalq müsabiqələrdə qazandığı beşinci qızıl medaldır.

Qeyd edək ki, “Dünya səhnədir” mövzusunda keçirilən müsabiqəyə dünyanın müxtəlif ökələrindən yüzlərlə rəssam qatılıb. Onların əl işlərini Fransa, Rumıniya, İran, Mərakeş və Xorvatiya rəssamlarından ibarət münsiflər heyəti dəyərləndirib. Bu barədə qəzetimizə Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinın idarə heyətindən məlumat verilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here