“Dünya İraq türkmənlərinin faciəsinə göz yummamalıdır”

0
479
İŞİD-in İraqın böyük hissəsini, o cümlədən Telaferi ələ keçirmələrindən sonra öz doğma yurd-yuvalarından didərgin düşməyə məcbur olan on minlərlə türkmən çöllərə sığınmağa məcbur olub. 
Onlar çöllərdə 50 dərəcədən yuxarı istidə aclıq, susuzluq və xəstəlikdən, zəhərli ilanların və əqrəblərin sancmasından məhv olmaq fəlakəti qarşısında qalıblar. Son bir həftədə isti, aclıq və xəstəliklərdən 20 türkmən uşaq dünyasını dəyişib. Öz növbəsində, Şimali İraq kürd muxtariyyəti rəhbərləri çöllərdə məhv olma faciəsi yaşayan türkmənləri Ərbil və digər şəhərlərə, o cümlədən 3 min nəfərlik qaçqın düşərgəsinə buraxmırlar. Çöllərdə olduqca ağır vəziyyətdə yaşayan türkmənlərə Türkiyədən də yardım göstərən yoxdur. Müqəddəs Ramazan ayında ən faciəli günlərini yaşayan türkmənlərin acınacaqlı vəziyyətləri ürəkləri sızlatmaqdadır. Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa türk dünyasının İraq türkmənlərinin faciəsinə biganə qala bilməsinin mümkün ola bilməyəcəyini söylədi. F. Mustafa Türk dünyasını təcili şəkildə İraq türkmənlərinə yardım etməyə çağıraraq: “Biz bu gün İraq türkmənləri ilə həmrəylik nümayiş etdirməli, onlara hər vasitə ilə yardım göstərməliyik. Mən bütün türk dünyasını İraq türkmənlərinə yardıma çağırıram. Türk dünyası, eləcə də bütün dünya İraq türkmənlərinin faciəsinə göz yummamalıdır”,-dedi.

Millət vəkili Zahid Oruc türk dünyasını bu məsələdə həmrəyliyə, qan qardaşlarımıza təcili yardım göstərməyə çağırıb. O: “Dünya İraq türkmənlərinin faciəsinə biganə qalmamalıdır. Türk dünyası İraq türkmənlərinə münasibətdə qardaşlıq borcunu yerinə yetirməlidir”,-dedi.  Telaferin İŞİD tərəfindən işğalından sonra doğma yurd-yuvalarını tərk etməyə məcbur olan 10 minlərlə türkmən çöllərdə aclıq, xəstəlik, susuzluq, ilan və əqrəb sancmalarından tamamilə məhv olmaq təhlükəsi qarşısında qalıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here