Dünya çempionatında hansı ölkə çox pul xərcləyib?

620
Futbol üzrə dünya çempionatı məqsədilə Braziliyaya gələn turistlər bu ölkəyə ümumilikdə 380 milyon dollar xeyir veriblər. 
Ödəmə sistemləri şirkəti “Visa”nın açıqlamasına görə, ötən illə müqayisədə bu il Braziliyada olan turistlər 143% daha çox pul xərcləyiblər. “Visa”-nın “ən çox pul xərcləyən turistlər” siyahısına 95 milyon dollarla amerikalı turistlər başçılıq edirlər. İkinci yerdə 32 milyon dollarla ingilislər, üçüncü yerdə isə 25 milyon dollarla fransızlardır.

Turistlər hotellərə 55 milyon, digər xərclərə 47,6 milyon, restoranlara isə 39,5 milyon dollar xərcləyiblər. Rus turistlər isə  ötən illə müqayisədə xərcləri 7 qat artırıblar. Ötən il Braziliyada 700 min dollar xərcləyən ruslar bu il bu rəqəmi 5 milyon 800 min dollar çatdırıblar. Çempionatın qalibi Almaniyadan gələn turistlərin xərclərində keçən illə müqayisədə 131%-lik artım yaşanıb. Almanlar dünya çempionatı çərçivəsində Braziliyaya 14 milyon dollar xeyir veriblər. Qeyd edək ki, 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatında turistlər “Visa” kart vasitəsilə 258,5 milyon dollar xərcləmişdilər.

Dünya çempionatında ən çox pul xərcləyən 10 ölkə

1. ABŞ          6. Almaniya

2. İngiltərə    7. Kolumbiya

3. Fransa       8. Avstraliya

4. Argentina  9. Anqola

5. Meksika    10. Kanada