Bu gün respublikamızın şəhər və kəndlərində müşahidə edilən abadlıq-quruculuq işləri Mingəçevirdə da özünü qabarıq şəkildə biruzə verir. Prezident İlham Əliyevin imzaladığı Dövlət proqramlarından, Fərman və Sərəncamlardan irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi şəhərin uğurlarını şərtləndirən əsas məqamlardır. Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramına uyğun olaraq Mingəçevirdə həyata keçirilən abadlıq-quruculuq işləri şəhər İcra Hakimiyyətində tərtib edilmiş iş proqramına əsasən şəhərin bir çox məhəllələrində, eləcə də Müşviq Mirzəyev adına “Dostluq” parkında uğurla davam etdirilir.
Belə ki, böyük bir ərazidə ”Dostluq” parkının ikinci hissəsinin abadlaşdırılması işlərinə başlanılıb. Burada yeni səki daşları döşənilir, asfalt qoyulur, müasir bordürlər düzülür. Ərazidə müxtəlif ağac tingləri və gül kolları əkiləcək. Parkda fontan,uşaq əyləncə mərkəzi,kölgəliklər və.s. işlər həyata keçirilir. Böyük yaşıllığı əhatə edən park mingəçevirlilərin ən çox istirahət etdiyi məkandır. Yaradılan bu gözəllik şəhərin gözəlliyinə və yaşıllığına daha bir gözəllik qatacaq.

Esmira Hidayətova, Mingəçevi.