Dünən Rusiyada keçirilən DÇ-2018-də növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, baş tutan iki qarşılaşma ilə 1/8 final mərhələsinə yekun vurulub.
Meydana G və H qruplarından 1/8 finala yüksələn komandalar çıxıb. Öncə İsveç və İsveçrə Sankt-Peterburqda mübarizə aparıb. Qarşılaşmanın taleyini 1 qol həll edib. Emil Forsberqin yeganə qolu İsveçi növbəti mərhələyə daşıyıb.
Onların 1/4 finaldakı rəqibi Moskvada müəyyənləşib. “Səkkizliy”in sonuncu cütlüyü Kolumbiya və İngiltərə arasında oyunda bəlli olub. Qarşılaşmanın 120 dəqiqəsində komandalar hərəyə 1 dəfə fərqləndiklərindən, penaltilər seriyasına ehtiyac duyulub. Burda daha dəqiq oynayan ingilislər yollarını davam etdiriblər.
Beləliklə, İngiltərə və İsveç 1/4 finalda üz-üzə gələcək.
DÇ-2018
1/8 final
3 iyul
İsveç – İsveçrə – 1:0
Qol: Emil Forsberq, 66
İsveç: 1. Robin Olsen, 2. Mikael Lustiq, 3. Viktor Lindelöf, 4. Andreas Qrankvist (k.), 6. Lüdviq Auqustinsson, 8. Albin Ekdal, 9. Markus Berq, 10. Emil Forsberq, 13. Qustav Svensson, 17. Viktor Klasson, 20. Ula Toyvonen.
Ehtiyat oyunçular: 12. Karl-Yohan Yonsson, 23. Kristoffer Nordfeldt, 11. Yon Qvidetti, 21. Cimmi Durmaz, 22. İsaak Kise Telin, 15. Oskar Hilyemark, 16. Emil Kraft, 18. Pontus Yansson, 5. Martin Olsson, 19. Markus Roden, 13. Qustav Svensson, 15. Oskar Hilyemark, 14. Filip Helander
Cəzalı: 7. Sebastyan Larsson
Baş məşqçi: Yan Andersson
İsveçrə: 1. Yan Zommer, 5. Manuel Akandji, 6. Mixail Lanq, 10. Qranit Caka, 11. Valon Bexrami, 13. Rikardo Rodriges, 14. Stiven Suber, 15. Blerim Dzemaili, 19. Yosip Drmiç, 20. Yoan Curu, 23. Xerdan Şakiri
Ehtiyat oyunçular: 12. İvon Mvoqo, 21. Roman Burki, 3. Jak-Fransua Mubandje, 4. Niko Elvedi, 7. Brel Embolo, 8. Remo Froyler, 9. Haris Seferoviç, 16. Jelson Fernandeş, 17. Denis Zakariya, 18. Mario Qavranoviç
Cəzalılar: 2. Ştefan Lixtştayner, 22. Fabian Şer
Baş məşqçi: Vladimir Petkoviç
Baş hakim: Damir Skomina (Sloveniya)
Sankt-Peterburq. Sankt-Peterburq stadionu
Kolumbiya – İngiltərə – 1:1
Qollar: Yerri Mina, 90+3 – Harri Keyn, 57 (pen.)
Penaltilər seriyası: 3:4
Baş hakim: Mark Qeyqer (ABŞ)
Moskva. “Spartak” stadionu