Donald Tramp öz komandasını formalaşdırmaqda davam edir

0
350

ABŞ-ın yeni prezidenti Donald Tramp öz komandasını formalaşdırmaqda davam edir. Bununla əlaqədar “Yeniavaz.az.com”un RİA Novostiyə istinadən verdiyi məlumata görə, bu gün Tramp müdafiə naziri postu vəzifəsinə general Ceyms Mettisin namizədliyini irəli sürüb. 66 yaşlı Mettisin son iş yeri Yaxın Şərq və Mərkəzi Asiya üzrə mərkəzin komandanı vəzifəsində çalışması olub. Bu vəzifədə o 3 il ərzində çalışıb və özünü sahə üzrə bacarıqlı hərbçi kimi göstərə bilib. Mettis ABŞ-ın hərbi maraqlarının qızğın müdafiəçisi kimi tanınır. O xüsusi ilə Pribaltika ölkələrinin təhlükəsizliyinin təmini məsələsini xüsusi diqqət mərəzində saxlayıb və onlara ölkəsinin böyük həcmdə hərbi yardımlar ayırmasının əsas təşkilatçılarından biri olub. Mettisin təşəbbüsü ilə 2008-ci ildə Tallində Pribaltika ölkələrinin kiberhücumlardan müdafiə mərkəzinin yaradılması barədə NATO tərəfindən qərar qəbul edilib.

Qeyd edək ki, Mettis ABŞ-ın Əfqanıstana və İraqa qarşı həyata keçirdiyi hərbi əməliyyatlarda iştirak edib. Əfqanıstanda xidmət etdiyi zaman Mettis əfqanlara münasibətdə sərt mövqedən çıxış etdiiynə görə ona “qudurmuş it” ləqəbi veriblər. Mettisin Rusiya münasibəti də yaxşı deyil. O Rusiyanın NATO-nu dağıtmaq niyyətində olduğunu və bunun yol verilməzliyini sərt şəkildə bəyan edib. Mettis həmçinin belə hesab edir ki, Yaxın Şərqə əsas təhlükə İŞİD-dən deyil, İrandan gəlir. O İranla imzalanan nüvə razılaşmasının ləğv edilməsinin tərəfdarı kimi çıxış edir.