Donald Tramp Klintonu qabaqlayıb

455

ABŞ prezidentliyinə Respublikaçılar partiyasından olan namizəd Donald Tramp seçicilərin dəstəyinə görə öz rəqibi Hillari Klintonu qabaqlayıb. “TASS” xəbər verir ki, bu nəticəyə Rassmusenin sosioloji sorğu xidməti gəlib. 10-12 oktyabr tarixlərində min beş yüzə yaxın seçicinin iştirakı ilə keçirilən növbəti sosioloji sorğu göstərib ki, Trampa 463%, Klintona 41% seçici rəğbət göstərir. Sorğuda iştirak edənlərin 84% artıq indidən kimə səs verəcəklərini dəqiqləşdirdiklərini bildiriblər.