Dollara tələbat səngiyir

566

Doqquz aydan sonra Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Ötən ilin avqust ayından başlayaraq azalmağa başlayan Mərkəzi Bankın valyuta ehtiyatlarında son bir ay ərzində 42,9 milyon dollar artım olub və nəticədə 9 aylıq azalma tendensiyası sona çatıb.

Ötən ay Mərkəzi Bankın (MB) valyuta ehtiyatları 42,9 milyon dollar və ya 0,5% artaraq 8 milyard 430,8 milyon dollar olub. Beləliklə MB-nin valyuta ehtiyatlarında son 10 ay ərzində ilk dəfə artım qeydə alınıb. Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasına münasibət bildirən iqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, ehtiyatların artmasını Mərkəzi Bankın banklardan valyuta alışı həyata keçirməsi ilə əlaqələndirmək olar: “2014-cü ilin sonlarından başalayaq ölkənin əsas bankı dollar intervensiyası edərək manat kütləsini dövriyyədən çıxardıb. Nəticədə, banklar manat qıtlığı ilə üzləşib. 4 milyard dollar ekvivalentində olan manat hazırda dövriyyədən çıxarılıb. Pul bazası sentyabr ayındakı 11,8 milyard manatdan apreldəki 7,4 milyard manata düşmüşdü. Ancaq may ayında pul bazası 179 milyon manat artaraq 7,6 milyard manata yüksəlib. Bu vəsait məhz banklardan dolların alınaraq onları manatla təmin etmək tədbirləri nəticəsində baş verib. Hətta valyuta ehtiyatlarının investisiya tranşında təxminən 38%-ni təşkil edən avronun may ayında 2%, 13%-ni təşkil edən funt sterlinqin isə 0,4% ucuzlaşması da ehtiyatların artmasına əngəl ola bilməyib”.

Ekspert onu da qeyd edib ki, neft uzun müddətdir 60-70 dollar arasında “rəqs edir”: “Hər hansı gözlənilməz hadisə baş verməsə, güman ki, hələ bir müddət bu səviyyədə qalacaq. Neftin indiki qiyməti manata qısamüddətli güvənlik verir. Eyni zamanda Mərkəzi Bank inflyasiya təyziqini azaltmaq üçün manatı dövriyyəyə xəsisliklə buraxır. Ona görə də hələki manatın məzənnəsində güclü dəyişmənin baş verməsi gözlənilmir. Kəskin ucuzlaşma və ya kəskin bahalaşma ehtimalı azdır. Böyük ehtimalla seçkilərə qədər 1 dollar 1,03-1,06 manat çərçivəsində saxlanacaq”.

Ötən ay Mərkəzi Bankın (MB) valyuta ehtiyatları 42,9 milyon dollar və ya 0,5% artaraq 8 milyard 430,8 milyon dollar olub. Beləliklə MB-nin valyuta ehtiyatlarında son 10 ay ərzində ilk dəfə artım qeydə alınıb. Qeyd edək ki, MB-nin valyuta ehtiyatları ötən ilin iyul ayında tarixi zirvəyə – 15 milyard 193 milyon dollara yüksəlib. Lakin növbəti aydan – avqustdan başlayaraq valyuta ehtiyatlarında azalma müşahidə olunub. Bu, eyni zamanda 18 aydan sonra qeydə alınan ilk azalma olub. Belə ki, valyuta ehtiyatları 2013-ci ilin fevral ayından sonra heç vaxt aşağı düşməyib. Ötən ilin avqustunda baş verən azalma dünya bazarlarında xam neftin ucuzlaşması ilə bağlı olub. Lakin ötən ilin dekabr ayından başlayaraq MB-nin valyuta ehtiyatları kəskin azalmağa başlayıb. 2014-cü ilin dekabr ayında valyuta ehtiyatları 1 milyard 238 milyon dollar, 2015-ci ilin yanvar ayında 1 milyard 77,5 milyon, fevralı ayında 1 milyard 676,4 milyon, mart ayında 1 milyard 532,4 milyon, aprel ayında isə 1 milyard 84,2 milyon dollar azalıb. Nəticədə 2015-ci ilin ilk 4 ayı ərzində valyuta ehyiyatları 5 milyard 370,4 milyon dollar aşağı düşüb. Son bir il ərzində isə valyuta ehtiyatları 6 milyard 660,5 milyon dollar və ya 44,1% azalıb. Qeyd edək ki, 2014-cü ilin martın sonunda MB-nin valyuta ehtiyatları 15 milyard 91,3 milyon dollar olub.

Məlumat üçün onu da bildirək ki, MB-nin valyuta ehtiyyatları 2008-ci il ərzində 2 dəfəyə yaxın (45%) artaraq 3 milyard 370,4 milyon dollardan 6 milyard 137 milyon dollara qədər yüksəldiyi halda, 2009-cu ildə 15,9% və ya 976 milyon dollar azalaraq 5 milyard 161 milyon dollara düşüb. Bundan başqa, valyuta ehtiyatları 2010-cu ildə 19,5% və ya 1 milyard 245,9 milyon dollar artaraq 6 milyard 407 milyon dollara, 2011-ci ildə isə 63,5% və ya 4 milyard 73,9 milyon dollar artaraq 10 milyard 481,5 milyon dollara yüksəlib. 2012-ci idə isə 11,5% və 1 milyard 213,3 milyon dollar artaraq 11 milyard 694,8 milyon dollara çatıb. 2013-cü ildə isə artım 35% və ya 3 milyard 670,5 milyon dollar təşkil edib. Ötən il isə 2,8% və ya 393,7 milyon dollar azalaraq 13 milyard 758,3 milyon dollara düşüb.

Son bir ildə pul bazasının həcmi 32,6% azalıb

MB-dən verilən digər bir məlumata görə, cari ilin iyun ayının 1-i vəziyyətinə Azərbaycanda pul bazasının həcmi 7 milyard 597,3 milyon manat təşkil edib. Bu, may ayının 1-nə olan analoji göstəriciyə nisbətən 178,7 milyon manat və ya 2,4% çoxdur.2014-cü ilin müvafiq dövrü ilə müqayisədə pul bazasının həcmi 3 milyard 674,9 milyon manat və ya 32,6 % azalıb.

“Seçkilərə qədər 1 dollar 1,03-1,06 manat çərçivəsində saxlanacaq”

Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasına münasibət bildirən iqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, ehtiyatların artmasını Mərkəzi Bankın banklardan valyuta alışı həyata keçirməsi ilə əlaqələndirmək olar: “2014-cü ilin sonlarından başalayaq ölkənin əsas bankı dollar intervensiyası edərək manat kütləsini dövriyyədən çıxardıb. Nəticədə banklar manat qıtlığı ilə üzləşib. 4 milyard dollar ekvivalentində olan manat hazırda dövriyyədən çıxarılıb. Pul bazası sentyabr ayındakı 11,8 milyard manatdan apreldəki 7,4 milyard manata düşmüşdü. Ancaq may ayında pul bazası 179 milyon manat artaraq 7,6 milyard manata yüksəlib. Bu vəsait məhz banklardan dolların alınaraq onları manatla təmin etmək tədbirləri nəticəsində baş verib. Hətta valyuta ehtiyatlarının investisiya tranşında təxminən 38%-ni təşkil edən avronun may ayında 2%, 13%-ni təşkil edən funt sterlinqin isə 0,4% ucuzlaşması da ehtiyatların artmasına əngəl ola bilməyib”. Ekspert onu da qeyd edib ki, neft uzun müddətdir 60-70 dollar arasında rəqs edir: “Hər hansı gözlənilməz hadisə baş verməsə, güman ki, hələ bir müddət bu səviyyədə qalacaq. Neftin indiki qiyməti manata qısamüddətli güvənlik verir. Eyni zamanda Mərkəzi Bank inflyasiya təyziqini azaltmaq üçün manatı dövriyyəyə xəsisliklə buraxır. Ona görə də hələki manatın məzənnəsində güclü dəyişmənin baş verməsi gözlənilmir. Kəskin ucuzlaşma və ya kəskin bahalaşma ehtimalı azdır. Böyük ehtimalla seçkilərə qədər 1 dollar 1,03-1,06 manat çərçivəsində saxlanacaq. Neft 70 dollar həddini keçərsə manat bir az da güclənə bilər. Ancaq neftin qiymətinin ucuzlaşması və kapital axını probleminin qalması, üstəlik dövriyyədə manat kütləsinin artması inflyasiyanı gücləndirməklə yanaşı manatı zəiflədə bilər. Bir sözlə, manat qısamüddətli sabitlik əldə edib”.

Allahverdi Cəfərov