Dollar “2”ni aşır

0
463

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Bu barədə AMB-dən məlumat verilib. Verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,9165 səviyyəsində formalaşıb. Qeyd edək ki, dünən – yanvarın 26-da USD/AZN rəsmi məzənnəsi 1,9068 manat təşkil edib və banklar dolları 1,97-1,99 manatdan satıblar. Bu isə o deməkdir ki, dollar sabah banklarda 2 manatdan baha satılacaq.