Bu gün Mingəçevir şəhər 13 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Aynurə Süleymanovanın təşkilatçılığı və Vc sinfinin iştirakı ilə Mingəçevir şəhərinin 70 illik yubileyinə həsr olunmuş “Doğma şəhərimizlə fəxr edirəm” adlı tədbir keçirildi. Tədbirdə şagirdlər şeir və nəğmələr söylədi, rəqs etdilər. Sonda məktəbin direktoru Tünzalə Seyidova Mingəçevirin dünəni və bugünü haqqında geniş məlumat verdi.
Esmira Hidayətova, Mingəçevir