İdmanın və Olimpiya hərəkatının elmi-texniki tərəqqinin və sivilizasiyanın inkişafında rolu

904

Bu gün elmi — texniki tərəqqinin inkişafı sübut etməyə qadir olub ki, həyatda təsadüf yoxdur, hər bir yaranışın məqsədi vardır. Buradan belə bir nəticə çıxarmaq olar ki, idman təsadüfən yaranmayıb, o yaradılıb və insanlığa xidmət missiyasını yerinə yetirir, eyni zamanda da əsrlər keçdikcə inkişaf edib, bu günümüzə qədər insanlığa xidmətini davam etdirir. İdmanın yaranış məqsədini isə aşağıdakı xidmətlərində görə bilərik:

İdman insanı tərbiyə edərək həyata hazırlayan, genefondun sağlamlığını, planetin dinc və firavan yaşamasına xidmət edən məşğuliyyətdir.

İdman dövlətlər arası inkişafı özündə əks etdirən bir güzgüdür.

İdman millətin və dövlətin formalaşmasına və inkişafına xidmət edən bir vasitədir.

İdman insanda zəhmətsevərlik və çalışqanlıq tərbiyə edən vasitədir.

İdman insan genefondunun mənfi təsirlərdən qoruyucusudur.

İdman milli hisslərimizin nəsildən — nəsilə daşıyıcı və ötürücüsüdür.

İdman bu gün incəsənətin bir qoludur.

İdman hər bir xalqın mədəniyyətini özündə təzahür edir və yaşadır.

İdman tariximizdir — keçmişimizdir, bugünümüzdür, gələcəyimizdir.

İdman şəxsiyyət yaradan bugünkü cıdır meydanımızdır.

İdman insanın tükənməz imkanlarını açıb onun xidmətlərinə və istifadəsinə verir.

İdman insanları milliyətindən, dinindən, irqindən asılı olmayaraq doğmalaşdırır və yaxınlaşdırır. Olimpiadalar və bir çox idman tədbirləri.

İdman insanların əqlən, ruhən və cismən sağlamlığını və həyatla qarmoniyasını yaradır.

İdmanın cəmiyyətdə və

həyatda praktik təyinatı

Biz bilməliyik ki, insan həyatda tam sağlamlığı üçün iki cür sağlamlığa malik olmalıdır: mənəvi və fiziki sağlamlıq. Bu iki sağlamlığın hormoniyasını insana ancaq idmanın verməyə qüdrəti var. Bu xidmətləri gördükcə deyə bilərik ki, idman insan əxlaqına və genetik sağlamlığına xidmət edən əvəzsiz bir məşğuliyyətdir. Bilməliyik ki, elmi — texniki tərəqqinin və sivilizasiyanın həyatla hormonik inkişafı hər bir fərdin individual bir şəxsiyyət kimi formalaşması və özünü dərk etməsi prosesi nəticəsində yaranır. Bu mürəkkəb prosesdə idmanın və olimpiya hərəkatının rolu çox böyükdür. Təkcə onu demək kifayətdir ki, həyat uğurlarının başında birinci sağlamlıq, sonra savad dayanır.

Əgər biz idmanın insana verdiyi psixi və fiziki keyfiyyətlərin bir necəsinə baxsaq görərik ki, elmi-texniki tərəqqinin də, sivilizasiyanın həyatla harmoniyasını da idman yaradır.

İdman verdiyi psixi keyfiyyətlərə nəzər salaq: özünü dərk etmə, inam, əqidə, məqsəd, mübarizlik, cəsarətlilik və s. göstərə bilərik.

Fiziki keyfiyyətlərə gəldikdə isə insanın dözümlülüyünü və sairəni buna misal göstərə bilərik.

Bildirirəm ki, elmi-texniki tərəqqini və sivilizasiyanı onun həyatla hormoniyasını da insan təfəkkürü və əməyi yaradır. Ancaq insana lazım olan əqli, ruhi və cismi bacarıqları insanda idman yaradır. Həyatımızda nə qədər elmi-texniki tərəqqi və sivilizasiya yüksəlsə də, insan mənəviyyatı müsbət cəhətdən dəyişməz qalmalıdır. Onun dəyişməsi — həyatda psixi fəlakət yaradar. Mənəvi dəyişməzliyi isə əsrlər boyu insanda idman və olimpiya hərəkatı tənzimləyib. Bu da idmanın və olimpiya hərəkatının insan üçün zəruriliyini bir daha təsdiqləyir.

Bununla demək istərdim ki, bugünkü həyatımıza və günümüzə görə idmana minnətdar olmalıyıq və idmanın öz məqsədindən insanlığa olan xidmətindən kənara çıxmasına imkan verməməliyik, onu nəsildən nəsilə təmiz və daha inkişaf etmiş bir formada təhvil verməliyik.

Unutmamalıyıq ki, idmanın gördüyü bu möhtəşəm işləri biz idman mütəxəssisləri həyata keçirir. Əgər biz dünyada olan peşələrə nəzər salsaq görərik ki, bizim peşədən şərəfli və məsuliyyətli bir peşə yoxdur.

Şərəflidir ona görə ki, peşəmizlə insanda düzgün mənəviyyat, gözəl əxlaq və güclü iradə yaradaraq onu həyata hazırlayırıq, və genofondun sağlamlığına xidmət edən peşəyə xidmət  edirik.

Aqillərin dediyi kimi İnsanı insan edən onun sağlam mənəviyyatdır ki, biz məşqiçilər yaradırıq.

Məsuliyyətlidir ona görə ki, əgər məşqiçi peşəsini idmançıya düzgün öyrətməsə o, öz peşəsini insanlığa və bəşəriyyətə qarşı çevirə bilər. Bununla demək istəyirəm ki, genefonda xidmət edən bir peşəni bütün insanlıq qorumalıdır.

Bu işin başında isə peşəsini kamil bilən mütəxəssislərin olması əsas priaritetlərdəndir. Mən bildirirəm ki, idman nəticələrinin başında insan faktoru yox, tədris faktoru əsas rol oynayır ki, bu tədrislə gələcəyin sağlam, bilikli, savadlı və vətənpərvər gəncləri yaradılır.

Bu gün idmanın da, olimpiya hərəkatının da uğurlu inkişafının başında düzgün ideologiya və düzgün tədris dayanır. Hər bir mütəxəssisin və ziyalının borcudur ki, bu dünyada analoqu olmayan insanlığa xidmət edən ənənəni qorusun və gənc nəslə yeniləşmiş və inkişaf etmiş bir formada təhvil versin.

Ortaya belə bir sual çıxır: idmançı doğrudan da bu tərəqqini yaratmağa qadirdirmi?

Bildirirəm ki, şəxsiyyət kimi formalaşmış bir idmançı milyonlarla insanı öz arxasınca aparmağa qadirdir.

İkinci, idmana gələn milyonlarla gəncin sonda 5% — i idmanda öz fəaliyyətini davam etdiri. 95% — i cəmiyyətdə quruculuq işiylə məşğul olur ki. Onlarda tərəqqini yaradır. İdmanda öz fəaliyyətini davam etdirən 5% — i tərəqqini yaradanların içində saymalıyıq. Bu halda deyə bilərik ki, həyat yolu idmandan keçən hər bir gənci 100% qurucu, yaradıcı və yaşadıcı gənc hesab etmək olar. Bununla konkret olaraq deyə bilərik ki, idman insanı həyata hazırlayan bir məşğuliyyətdir.

Demək istəyirəm ki, idmandan dünyada insanların bütün təbəqələrinin istifadə etməsinə imkan yaradılsa, o daha böyük qüdrətə malik olar. Bizim ölkəmizdə  bunun parlaq təzahürünü görmək olar. Regionlarda və məhəllələrdə yaradılmış Olimpiya Kompleksləri deyilənlərin parlaq təsdiqidir.

İnanıram ki, ildən ilə artan idman kompleksləri ölkəmizdə tayı — bərabəri olmayan kütləviliyi idman və Olimpiya hərəkatını daha möhtəşəm edəcək. Fikrimi hörmətli prezidentimiz cənab İlham Əliyevin bizə olan bir çağırışı ilə tamamlamaq istəyirəm: “İdman tək uğurlar və nailiyyətlərdən ibarət deyil, həm də millətin gələcəyidir”. İnanıram ki, ölkədə gedən düzgün idman siyasəti millətimizin gözəl gələcəyini təmin edəcək.

Nəticə

Biz idman mütəxəssisləri öz yüksək professional işimizlə cəmiyyətdə idmanın reallıqları haqda düzgün təssəvvür yaratmalıyıq. Reallıq isə bundan ibarətdir. Bu günkü həyat nailiyyətimizə görə idmana borclu olmalıyıq. Sonda milli idmanımızın yaranması və Olimpiya hərəkatımızın güclənməsi üçün öz təkliflərimi təqdim  edirəm:

Təkliflər

  1. İdmanda mütəxəssis hazırlığının təkmilləşdirilməsi əsas prioritet olaraq qəbul edilsin və ölkədə Müəllim məşqiçinin tədris mərkəzi yaradılsın.
  2. Dünyada idmanın yer üzündəki missiyasını bütün insanlıq qorusun — bunun üçün bir mexanizim yaradılsın.
  3. İdman kütləviliyini ölkədə təmin etmək üçün ölkədaxili hər yaş qrupu üçün mini olimpiyadalar keçirilsin.
  4. İdmançıda milli duyğu və hissləri aşılamaq üçün eləcə də ölkədə xeyriyyəçiliyin artması üçün xeyriyyə yarışlarına start verilsin.
  5. Məktəblərdə “Hər bir gəncin həyatı idmandan keçməlidir” suarı altında idmana getməyən uşaqlar arasında yarışlar keçirilsin.
  6. İdmanda elmi araşdırmalar mərkəzi yaradılsın. ( Elmi tədqiqat institutu )
  7. İdmanda kütləviliyə nail olmaq üçün 5 — 6 yaşında xüsusi proqram əsasında idmançıların qəbul olunmasına icazə verilsin, bu halda övladlarımızı kompütorun vaxtsız təsirindən xilas etmiş olarıq.
  8. Ölkədə idmanın inkişafı üçün hər bir idman növünün Akademiyası yaradılsın, elmi işlər aparılsın.
  9. Ölkə idmançısı əliylə “İdmançı bağı” salınsın. Bu da idman tariximizin yazılmasına böyük təkan verər.
  10. Uşaq evlərinin potensialından istifadə etmək, bununla həm uşaqların gələcəyini təmin etmiş, həm də cəmiyyəti sağlamlaşdırmış olarıq.
  11. Ölkədə idmanımızın yüksəlişini təmin etmək üçün “Psixodiaqnostik” mərkəzin yaradılmasını istərdim.
  12. Ölkədə yığma komandaların elmi patensialından geniş istifadə edilsin hər ayın bir həftəsi “Aşıq qapı” günü elan edilərək məşqiçilərin və idmançıların iştirakına icazə verilsin.
  13. Ölkədə elmi müzakirələr və seminarların keçirilməsinə başlansın.
  14. İdmançı ideologiyasını yaratmaq vətən, xalq, dünya, insanlıq.

15.Tibbdə, ədliyyədə, hərbidə olduğu kimi idmanda and olsun.

İdmançının andı

Mən, idmançılar ailəsinə daxil olmaqla haqqa və ədalətə xidmət edəcəyimə and içirəm!

Bütün fikrimi və əqidəmi elmə, İslama və insanlığa yönəldəcəyimə and içirəm!

Amalım qurub — yaratmaq və yaşatmaq olacağına and içirəm!

Bütün qüvvəmi Vətənimin dünyada tanınmasına və bütövlüyünə sərf edəcəyimə and içirəm!

Əgər andımı pozaraq bu yoldan çıxsam, hər bir cəzanı çəkməyə hazıram.

Kazım Əliyev