“Diyarbəkirdə 8 ölü, 100 yaralı var”

515

Türkiyənin Diyarbəkir şəhərinin Bağlar rayonunda Polis İdarəsinin binanın qarşısında törədilən partlayış nəticəsində ölənlərin sayı 8-ə çatıb 100-dən çox insan isə yaralanıb, Hal-hazırda 93 yaralı xəstəxanaya yerləşdirilib.

“Yeni avaz” Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım açıqlama verib.

Baş nazirin sözlərinə görə, ölənlərdən 2-si polis əməkdaşı, 6-sı isə mülki şəxs olub. Ölü və yaralı sayının arta biləcəyi istisna edilmir.

11.00

Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda Polis İdarəsinin hücum nəticəsində 1 nəfər ölüb, 30 nəfərdən çox insan isə yaralanıb. “Yeni avaz” Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə bu gün yerli saatla 08.00-da baş verib.

9.28

Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda partlayış baş verib. “Yeni avaz” Türkiyə mətbuatına istinadən bildirir ki, terroristlər polis bölməsinə hücum ediblər. Əvvəlcə binanın qarşısında bomba yüklü avtomobil partladılıb daha sonra isə silahlı hücum olub. Yaralıların olduğu bildirilir. Hadisə yerinə çox sayda təcili yardım maşını gəlib.