“Diqqəti yekun nizamlanmaya yönəltməyə çağırırıq”

448
“Dağlıq Qarabağda təmas xəttində vurulmuş helikoperin heyətinin cəsədlərinin çıxarılması üçün xüsusi əməliyyat keçirildiyi barədə məlumatları mən də oxumuşam”. Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
“12 noyabr insidenti gələcəkdə çəkinməli olduğumuz bir faciədir. Biz tərəfləri təmkinli olamağa və öz diqqətlərini Dağlıq Qarabağ münaqişəsinin dinc və yekun nizamlanmasına yönəltməyə çağırırıq. Gərginliyin və qarşıdurmanın artması sülh danışıqlarına zərbə vuracaq, münaqişə nəticəsində ortaya çıxan humanitar məsələlərin həllini çətinləşdirəcək”, – deyə amerikalı diplomat qeyd edib.

Xatırladaq ki, C.Uorlik noyabrın 21-də öz “Twitter” hesabında “Gərginliyin artması helikopter heyətinin cəsətlərini qaytarmağa kömək etməyəcək” deyə vurğulamış, bu məsələni dialoq və diplomatiya ilə həll etməyə çağırmışdı. Lakin noyabrın 22-də Ermənistan mətbuatı təmas xəttində xüsusi əməliyyat keçirərək iki Azərbaycan hərbçisinin öldürülməsi və cəsədlərin hadisə yerindən çıxarılması barədə məlumat yaymışdı. Azərbaycan Müdafiə Nazirliyi isə bu məlumatları təkzib edərək, bu xəbərlərin Ermənistan ictimaiyyətini sakitləşdirmək məqsədilə yayıldığını bildirib.