Dini radikalizmlə mübarizədə məktəbin rolu

374

“İqtisadi və Sosial Maarifləndirmə Mərkəzi” İB Mingəçevir Tibb Kollecində “Dini radikalizmə qarşı mübarizə istiqamətində regionlarda tədbirlərin təşkili”  layihəsi çərçivəsində növbəti “ Dini radikalizmlə mübarizədə məktəbin rolu ” adlı tədbir keçirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilib. Tədbirə dinləyici kimi  müəllim və tələbələr,  Qeyri-Hökumət Təşkilatlarının, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri dəvət olunublar.

Layihənin rəhbəri, İSMM İB-in sədri Əliqismət Kərimov layihənin məqsəd və istiqamətlərindən, bu sahədə görülmüş işlərdən danışıb.

Tədbirin təlimçisi Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı yanında Dini komissiyanın üzvü Zahid Qasimlıdır.  O, “Dini radikalizmlə mübarizədə ailə və məktəbin rolu” mövzusunda  təcrübəli ekspert kimi çıxış edərək bildirib ki, “Dini radikalizmə aparan yol savadsızlıq, cahillikdən başlayır: ”Dünyagörüşü zəif olan gənc və yeniyetmələr, psixoloji gərginlik keçirən tələbələr daha tez radikalların təsiri altına düşürlər. Təhsilli, bilikli, dünyagörüşlü şəxsləri fikirlərindən döndərmək çətindir. Bu prosesdə məktəb və ailənin rolu danılmazdır. Məktəblilərin davranışına, hərəkətlərinə diqqət yetirmək gərəkdir ki, vaxtında qabaqlayıcı tədbirlər görülə bilinsin.  Gənclərimizin diqqətini elm və təhsilə yönəltmək, onlara dinin əsl mahiyyətini izah etmək vəzifəsi ailə və məktəbin üzərinə düşür”.

 

“Gənclərin dini radikalizmə meyllənməsinin səbəbləri”  mövzusunda  Mingəçevir bələdiyyəsinin sədr müavin Əli Əliyev  çıxış edib.

EkoTES İctimai Birliyinin sədri Çingiz Nəzərov “Dini radikalizmlə mübarizə yolları” mövzusunda tələbələrə  dini radikalizmlə mübarizənin əsas üsullarından – maarifləndirmə, pereventiv (qabaqlayıcı),  profilaktiv və inzibati yollardan bəhs edib.   Tibb Kollecinin direktor müavini Azər Quliyev dini radikalizmlə mübarizə ilə bağlı məktəbdə görülmüş işlər barədə məlumat verib.

Çıxışlardan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.

Sonda mövzular üzrə müzakirələr, sual-cavablar, filmin müzakirəsi olub.

Esmira Hidayətova, Mingəçevir