“Dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolu”

0
472

Martın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin və Mingəçevir Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseydə “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Mingəçevir ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, liseyin direktoru Aidə İsmayılova, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Fərid Vaqifli, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin direktoru Aidə İsmayılova Azərbaycan xalqının tarixən öz milli-mənəvi dəyərlərinə bağlı olduğunu və bu mövzuda keçirilən marifləndirici tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında  əhəmiyyətini qeyd edib.

Daha sonra çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev dini radikalizm və ekstremizmin hazırda bütün dünyanı narahat edən aktual məsələlərdən biri olduğunu qeyd edib. Natiq Əfəndiyev müasir dövrdə dini radikalizm və ekstremizmdən əziyyət çəkən dövlətlərin əksəriyyətinin İslam ölkələri olduğunu vurğulayaraq bildirib ki, İslam dini ümumbəşəri dindir, sülh və əmin-amanlıq dinidir. N.Əfəndiyev DQİDK tərəfindən dini radikalizm və ekstremizmə qarşı mübarizə istiqamətində maarifləndirici tədbirlərin keçirilməsinə böyük önəm verildiyini vurğulayıb.

Tədbirdə çıxış edən Mingəçevir ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev Azərbaycanın tolerantlıq və multikulturalizm dəyərlərinə bağlı bir ölkə olduğunu qeyd edib. S.Əliyev marifləndirici tədbirlərin keçirilməsinin müsbət hal olduğunu vuğulayaraq, gənclərin radikalizm və ekstremizm kimi mənfi təsirlərdən qorunmasının vacib olduğunu bildirib.

Tədbirdə çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Fərid Vaqifl, liseyin psixoloqu Nailə Abdurəhmanova Aərbaycanın qədim milli-mənəvi dəyərlərə malik olduğunu, gənclərimizin də bu ruhda tərbiyə olunduqlarını qeyd edərək, ölkəmizdə dövlət səviyyəsində  dini radikalizm və ekstremizmə qarşı mübarizə aparıldığını və bu sahədə maarifləndirici tədbirlərin rolunu diqqətə çatdırıblar.

Esmira Hidayətova, Mingəçevir.