“Dini radikalizm bəşəri cinayətdir”

0
455

Bu gün “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi və Kəlbəcər rayon 87 saylı məktəbin direktoru Zülfiyyə Hüseynovanın təşkilati dəstəyi, Kəlbəcər rayon 87 saylı məktəbin tədris işləri üzrə direktor müavini Türkan Əkbərovanın təşkilatçılığı ilə “Dini radikalizm bəşəri cinayətdir” adlı tədbiri keçirilib. Tədbirdə Kəlbəcər, Ağdam məktəblərinin direktorları, ziyalılar, müəllimlər və X, XI sinif şagirdləri iştirak ediblər.
Mingəçevir şəhərində yerləşən Ağdam rayon 51 saylı məktəbin akt zalında təşkil olunmuş tədbirin əsas məqsədi dinindən, dilindən, irqindən, milliyətindən asılı olmayaraq, hər kəsin yaşamaq hüququnun olmasını, “bir insanı öldürən bütün bəşəriyyəti öldürmüş kimi olur” şüarlarını bayraq etmiş İslamı mükəmməl şəkildə anlatmaqdan ibarət idi. Tədbirdə müxtəlif terror təşkilatlarının, o cümlədən ermənilərin Xocalıda törətdikləri vəhşilikləri özlərində əks etdirən müxtəlif fotoşəkillər də sərgilənib. Məktəblilərin ifasında İslamın barış, sülh, sevgi, dostluq dini olması haqqında kiçik səhnəciklər nümayiş olunub. Bundan başqa tədbir iştirakçılarına terror və dini radikalizmin necə bəşəri cinayət olduğu video-roliklər (azərbaycan, türk, rus, ingilis, italyan, fransız, ərəb, fars, alman dillərində) vasitəsi ilə nümayiş etdirilib.
Tədbirdə çıxış edən Kəlbəcər rayon 87 saylı məktəbin direktoru Zülfiyyə Hüseynova cənab Prezident İlham Əliyevin verdiyi sərəncam ilə 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunmasından söz açmaqla yanaşı, onun əhəmiyyətindən da danışıb. Daha sonra digər şəxslər dini radikalizm və rerror fəlakəti ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbirin təşkilatçısı Türkan Əkbərova öz çıxışında məktəblilər arasında dini radiklazim və terrorla bağlı maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb. O öz çıxışında din pərdəsi altında aparılan savaşlardan da söz açıb. Türkan xanım daha sonra vurğulayıb ki, bugünə kimi ölkəmizdə dini qarşıdurma hallarına rast gəlinməyib. O bunu ölkəmizdə dini, milli və multikultural məsələlərə daha həssas şəkildə yanaşma və bu istiqamətdə həyata keçirilən sistemli siyasətlə əlaqələndirib: “Demokratik dəyərləri, vətəndaşların hüquq və azadlıqlarını, xüsusən də günahsız insanları hədəfə alan terrorizm bütün bəşəriyyətə qarşı cinayətdir. Bunun ağrılarını Azərbaycan da zaman-zaman yaşamışdır”. O, ölkəmiz üçün münaqişə və onun nəticələrinin sadə sözlər yox, acı həqiqət olduğunu bildirərək, on minlərlə insanın həyatına son qoymuş Ermənistan-Azərbaycan münaqişəsinin hələ də ağır nəticələrini yaşadığımızı dilə gətirib. O, çıxışının sonunda təbdirin keçirilməsi üçün məktəbində şərait yaradan Ağdam rayon 51 saylı məktəbin direktoru Afaq müəllimə dərin təşəkkürünü bildirib.
Qeyd edək ki, tədbirin sonunda aktiv fəaliyyətlərinə görə şagirdlərə sertfikatlar tədqim olunub.
Esmira Hidayətova, Mingəçevir.