Dini radikalizmə yox deyək

0
591

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Mingəçevir şəhər “ASAN” Peşə Təhsil Mərkəzində maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, mərkəzin direktoru İlham İlyasov, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan təhsil mərkəzinin direktoru İlham İlyasov Azərbaycan xalqının tarixən öz milli-mənəvi dəyərlərinə bağlı olduğunu və bu mövzuda keçirilən maarifləndirici tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətini qeyd edib.

Daha sonra çıxış DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev dini radikalizm və ekstremizmin hazırda bütün dünyanı narahat edən aktual məsələlərdən biri olduğunu qeyd edib. Natiq Əfəndiyev müasir dövrdə dini radikalizm və ekstremizmdən əziyyət çəkən dövlətlərin əksəriyyətinin İslam ölkələri olduğunu vurğulayaraq bildirib ki, İslam dini ümumbəşəri, sülh və əmin-amanlıq dinidir. Şöbə müdiri respublikamızda dini radikalizm və ekstremizmə qarşı mübarizə istiqamətində maarifləndirici tədbirlərin keçirilməsinə böyük önəm verildiyini vurğulayıb.

Tədbirdə çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbənin aparıcı məsləhətçisi Fərid Vaqifli Azərbaycanın tolerant və multikultiralizm dəyərlərinə bağlı bir ölkə olduğunu qeyd edərək, radikalizm və ekstremizmə qarşı hər zaman dövlətimiz tərəfindən mübarizə aparıldığını bildirib.

Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Esmira Hidayətova, Mingəçevir