“Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri”

69

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda onlayn seminar keçirilib.

Seminarda DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, Mingəçevir ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elşən Əliyev, Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları, eləcə də Mingəçevir şəhərində fəaliyyət göstərən məscidlərin dini icma üzvləri və din xadimləri iştirak ediblər.

Tədbirdə mövzu üzrə çıxış edən DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Əlisa Fərəcov radikalizmin mahiyyəti haqqında danışıb, onun yaratdığı fəsadlar və gələcək təhlükələri qeyd edib. Bildirilib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi QMİ ilə birgə xurafat, dini radikalizm və ekstremizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, həmçinin radikalizmə və fanatizmə alternativ kimi ənənəvi İslam dəyərlərinin dirçəldilməsi məqsədilə dini maarifləndirmə istiqamətində respublikanın bütün bölgələrində kompleks tədbirlər keçirir. Bu tədbirlərə əsasən gənclərin cəlb edilməsinə daha çox üstünlük verilir, çünki onlar radikalların təbliğatının qurbanı ola biləcək daha həssas qrupa daxildirlər.

Mövzu ətrafında çıxış edənMingəçevir ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elşən Əliyev və Mingəçevir şəhəri “Heydər” məscidinin imam müavini Bəhruz Əhmədov gənclərə dini maarifləndirməyə diqqət yetirmələrini və bu sahəni dah dərindən öyrənmələrini tövsiyə edib, onlara uğurlar arzulayıblar.

Esmira Hidayətova, Mingəçevir