Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava Sammitində iştirak edəcək

283

2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərova Şengen vizası verilib. Xarici İşlər Nazirliyinin yardımı ilə vizanın alınmasında məqsəd Kürdoğlu Əsgərovun ATƏT-in Varşava Sammitində iştirakını təmin etməkdir. Kürdoğlu hüquq müdafiəçisi Əhməd Şahidovla birgə Varşavaya yola düşəcək. ATƏT Sammitində azərbaycanlı girovlar barədə həqiqətlərin Kürdoğlunun dilindən səsləndiriləcəyi gözlənilir.

2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər. Onlarla birlikdə gedən digər soydaşımız Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.Modern.az