Deyirlər ki, toy olacaq…

573

“Barselona”nın 29 yaşlı argentinalı hücumçusu Lionel Messi uşaqlarının anası 28 yaşlı Antonella Rokutso ilə münasibətini rəsmiləşdirməyə qərar verib. Məlumatlara görə, onların toyunun gələn ilin yayında olacağı gözlənilir.
Qeyd edək ki, Messi və Antonella 2008-ci ildən bir yerdədilər. Onların Matteo (4 yaş) və Tyaqo (1 yaş) adlı iki övladı var.
Toy mərasiminin Messinin anadan olduğu Rosarioda keçiriləcəyi gözlənilir