Devid Rokfeller dünyasını dəyişib

429

Əfsanəvi sahibkarlar sülaləsinin nümayəndəsi Devid Rokfeller 101 yaşında dünyasını dəyişib. Məlumata görə, bunu amerikalı milyarder D. Rokfellerin mətbuat katibi deyib. Onun sözlərinə görə, milyarder bazar ertəsi Pokantiko-Hills şəhərciyindəki (Nyu-York ştatı) öz evində yuxudaykən vəfat edib. Qeyd edək ki, D. Rokfeller “Standard Oil” şirkətinin qurucusu və dünyada ilk dollar milyarderi Devis Rokfellerin nəvəsidir.