Deputatın dəstəyi ilə uşaq bağçası təmir edilir

177

Mingəçevirdə 15 saylı 12 qrupluq 200 yerlik  “Nigar” körpələr evi-uşaq bağçası 1989-cu ildə tikilib təhvil verilib. 1992-93 cü illərdə erməni təcavüzü nəticəsində torpaqlarından məcburi köçkün düşmüş soydaşlarımız bu bağçada da uzun müddət məskunlaşıblar. Buna baxmayaraq bağça 8 qrup ilə fəaliyyətinə davam etdirib. İki il bundan öncə məcburi köçkünlər dövlət tərəfindən verilən mənzillərlə təmin olunduqdan sonra bağça boşaldılıb. Bu yaxınlarda Mingəçevirə gələn deputat Əli Hüseynli həmin bağçanın vəziyyətinin ürəkaçan olmadığını görüb. Və bağçanın təmirinə dəstək verəcəyini bildirib.  Bu barədə saytımıza məlumat məlumat verən bağçanın müdiri Bəşarət Mabudova bildirdi ki, koronavirus pandemiyası müəyyən çətinliklər yaratsa da, təmir işləri  başa çatmaq üzrədir.

O, valideynlər, bağçanın kollektivi adından saytımız vasitəsilə deputata öz təşəkkürlərini bildirməyi də unutmadı.

Esmira Hidayətova, Mingəçevir