Deputat “iş təcrübəsi” tələbinə qarşı çıxdı

0
212

“Bizdə ali məktəbləri yeni bitirən gənclər işlə təmin olunmaq üçün müraciət zamanı iş təcrübəsi problemi ilə üzləşirlər”.  

alpanifo.com modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında deputat Azər Badamov “Gənclər siyasəti haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib:

O bildirib ki, gənclərimiz işlə təminat məsələsində çətinliklərlə üzləşirlər.

“Onlar ali məktəbləri bitirib, işlə təmin olunmaları üçün müvafiq qurumlara müraciət edəndə “iş təcrübəsi” şərti, baryeri ilə üzləşirlər.

Yəni, onlar qarşısında iş təcrübəsinin olub-olmadığı şərti qoyulur. Axı, onlar ali məktəbləri yeni bitiriblər, haradan iş təcrübələri olsun? Ona görə hesab edirəm ki, bu məsələ, bu baryer aradan qaldırılmalıdır”.