Debat təlimi keçirilib

0
444

Bu gün Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin, Mingəçevir Regional Debat Mərkəzinin, Mingəçevir Dövlət Univeristeti Debat Klubunun, Mingəçevir Turizm Kolleci Debat Klubu və Gənclər Evinin təşkilatçılığı ilə Gənclər Evində mövsümün ilk “Karl Popper” formatında debat təlimi keçirilib. Tədbirdə çıxış edən təlimçi – Mingəçevir Regional Debat Mərkəzinin sədri Etiram Sadıqzadə təlim barədə ətraflı məlumat verib.
d2Təlimdə gənclərə debat fəlsəfəsinin incəlikləri öyrədilib. Böyük maraqla dinlənilən təlimdən sonra suallar da cavablandırılıb.
Qeyd edək ki, təlimlər noyabr ayında keçiriləcək “Mingəçevir Gənclərin Regional Debat Forumu Payız Kuboku 2016″ya hazırlıq xarakteri daşıyır.
Esmira Hidayətova