Debat təlimi keçirilib

0
574

Mingəçevir Dövlət Universitetinin Debat Klubunun birinci kurs tələbələri üçün Debat təlimi keçirilib. Əvvəlcə Tələbə Gənclər Təşkilatının sədri Rəşad Qurbanov təlim əhəmiyyəti haqqında tələbələrə ətraflı məlumat verib. Daha sonra Qurbanov Debat haqqında, onun insana verdiyi üstünlüklərdən, həmçinin özünün debat təcrübəsindən onlara söz açıb.
Qeyd edək ki, təlim iki mərhələdə təşkil olunub. İlk hissədə Debat klubunun sədri Əliyev Kamran iştirakçılara debat haqqında ümumi məlumatlar verib. İkinci hissədə isə bu il ölkə debat forumunun mövzusu haqqında danışılıb.
de2

Debat forumunun mövzusu ilə bağlı Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat kafedrasinin baş müəllimi Şəfaqətov Günəş daha ətraflı söz açıb. Daha sonra təlim tələbələrin mövzu ətrafında sualları ilə davam etdirilib.
Esmira Hidayətova, Mingəçevir