Şirvan “İstək” liseyinin və Mingəçevir Regional Debat mərkəzinin təşkilatçılığı ilə Şirvan “İstək” liseyində “Milli Debat” proqramının təqdimatı və “Karl Popper”formatında debat təlimi həyata keçirildi. Tədbiri giriş sözü ilə açan Şirvan “İstək” liseyinin layihə rəhbərinin tərbiyə işləri üzrə müavini Elçin Əsgərov iştirakçılara tədbirin mahiyyəti haqqında ətraflı məlumat verib. Daha sonra Mingəçevir Regional Debat mərkəzinin sədri təlimçi Etiram Sadıqzadə tərəfindən şagirdlərə “Milli debat”proqramının gördüyü işlər, qazandığı uğurlardan danışdb və “Karl Popper”formatında debat təlimi keçiridi.Təlimin sonunda şagirdlərin sualları cavablandırıldı.
Qeyd edək ki, debat interaktiv və müxtəlif əks tərəflərin təmsilçilərindən ibarət müzakirə metodudur. Proqramın təklif etdiyi bir sıra formatlarda təşkil olunan debat təlimləri və raundları vasitəsi ilə məntiqi davamlılıq, araşdırma bacarığı, auditoriyaya emeosional müraciət, inandırma qabiliyyəti gənclərə öyrədilir. Bu,gənclərin təhsil proqramı və bir intellektual komanda oyunudur. O da qeyd olundu ki, təlim “İstək” liseyləri arasında keçiriləcək Debat forumuna hazırlıq xarakteri daşıyır.
Esmira Hidayətova.