Bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində IX tura yekun vurulacaq. “apasport”un məlumatına görə, son olaraq A, B və H qrupundakı komandalar meydana çıxacaqlar.
A qrupunda iddiaçılar Fransa, İsveç və Hollandiya uyğun olaraq Bolqarıstan, Lüksemburq və Belarusla qarşılaşacaqlar.
B qrupunda isə Portuqaliya və İsveçrə son turdakı liderlik savaşından öncə sürpriz xal itkisinə yol vermək istəmirlər.
H qrupunda mundiala vəsiqəni təmin etmiş Belçika Bosniya və Hersoqovina səfərinə yollanacaq. Bosniyalılar ikinciliyi əldən verməmək üçün mütləq qələbə qazanmalıdır. İkinci pillənin digər iddiaçısı Yunanıstan isə Kiprlə üz-üzə gələcək.
DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası
IX tur, 7 oktyabr
A qrupu
22:45. Bolqarıstan – Fransa
22:45. İsveç – Lüksemburq
22:45. Belarus – Hollandiya
1. | Fransa | 8 | 5 | 2 | 1 | 15-5 | 17 |
2. | İsveç | 8 | 5 | 1 | 2 | 18-7 | 16 |
3. | Hollandiya | 8 | 4 | 1 | 3 | 16-11 | 13 |
4. | Bolqarıstan | 8 | 4 | 0 | 4 | 13-17 | 12 |
5. | Lüksemburg | 8 | 1 | 2 | 5 | 7-17 | 5 |
6. | Belarus | 8 | 1 | 2 | 5 | 4-16 | 5 |
B qrupu
20:00. Farer adaları – Latviya
22:45. İsveçrə – Macarıstan
22:45. Andorra – Portuqaliya
1. | İsveçrə | 8 | 8 | 0 | 0 | 18-3 | 24 |
2. | Portuqaliya | 8 | 7 | 0 | 1 | 28-4 | 21 |
3. | Macarıstan | 8 | 3 | 1 | 4 | 11-9 | 10 |
4. | Farer Adaları | 8 | 2 | 2 | 4 | 4-15 | 8 |
5. | Andorra | 8 | 1 | 1 | 6 | 2-17 | 4 |
6. | Latviya | 8 | 1 | 0 | 7 | 3-18 | 3 |
H qrupu
20:00. Cəbəllütariq – Estoniya
22:45. Kipr – Yunanıstan
22:45. Bosniya və Herseqovina – Belçika
1. | Belçika | 8 | 7 | 1 | 0 | 35-3 | 22 |
2. | Bosniya və Hersoqovina | 8 | 4 | 2 | 2 | 19-8 | 14 |
3. | Yunanıstan | 8 | 3 | 4 | 1 | 11-5 | 13 |
4. | Kipr | 8 | 3 | 1 | 4 | 8-12 | 10 |
5. | Estoniya | 8 | 2 | 2 | 4 | 6-17 | 8 |
6. | Cəbəllütariq | 8 | 0 | 0 | 8 | 3-37 | 0 |