Danışıqlar saat yarımdan sonra başlayır

53

Ukrayna nümayəndə heyəti ilə Rusiya nümayəndə heyəti arasında danışıqlar hələ başlamayıb. Bu barədə telemarafonda Ukraynanın xalq deputatı Yevgeni Kravçuk (“Xalqın qulluqçusu” fraksiyasından) məlumat verib.

O qeyd edib: “Hələ başlamayıblar. Biz David Araxamia ilə (“Xalqın qulluqçusu” fraksiyasının rəhbəri ) əlaqə saxlayırıq. Onlar indi Polşa helikopterində uçurlar, çünki bizim nümayəndə heyətimiz başa düşdü ki, belaruslar, ruslar hər an xəyanət edə bilərlər,ona görə də bizim nümayəndə heyəti Polşadan keçdi”.

Kravçukun sözlərinə görə, danışıqlar saat yarımdan sonra başlaya bilər.

Xəbər verdiyi kimi, fevralın 27-də Ukrayna prezidenti Vladimir Zelenski ilə Belarus prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub, nəticədə Ukrayna nümayəndə heyətinin Rusiya ilə Pripyat çayının ərazisində görüşü barədə razılıq əldə olunub.

Lukaşenko  bəyan edib ki, o, “danışıqlar və Ukrayna nümayəndə heyətinin geri qayıtması zamanı Belarus ərazisində yerləşdirilmiş bütün təyyarələr, helikopterlər və raketlərin yerdə qalmasına görə məsuliyyəti öz üzərinə götürüb”.