Danışıqlar naminə danışıqlar artıq hər kəsi taqətdən salıb

0
69

Azərbaycan həmişə danışıqlar prosesində iştirak edir. Danışıqlar prosesini pozan Ermənistandır. Ona görə də bu müraciətlər, ilk növbədə, Ermənistana olmalıdır.

Bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib ki, danışıqlar naminə danışıqlar artıq hər kəsi taqətdən salıb. Danışıqlar prosesindən konkret nəticə gözlənilir. Ona görə də proses, ilk növbədə, nəticəyönümlü olmalıdır ki, Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindəki mövcudluğuna son qoyulsun, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılsın, BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinin həyata keçirilməsi təmin olunsun. Azərbaycan konstruktivliyini, danışıqlar prosesindəki mövqeyini aydın və birmənalı şəkildə ifadə edib. Hesab edirik, indiki şəraitdə də beynəlxalq ictimaiyyət Ermənistana daha böyük siyasi-diplomatik təzyiq göstərməlidir ki, Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarsın. Bütün bunlar barədə Prezident İlham Əliyev beynəlxalq media kanallarına verdiyi müsahibələrdə də ətraflı məlumat verib.