Danimarkanın rəqibi hansı komanda olacaq?

36

Futbol üzrə Avropa çempionatının dörddəbir final mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka yığmaları qarşılaşıblar. Çexiya millisinin heyətində meydana Tomaş Vaclik, Yan Boril, Tomaş Kalas, Ondrey Çelustka, Vladimir Soufal, Tomaş Souçek (k), Tomaş Holeş, Petr Şevçik, Antonin Barak, Lukaş Masopust və Patrik Şik çıxıblar.

Danimarka yığmasının start heyətində isə Kasper Şmeyxel, Yannik Vesterqaard, Simon Kyer (k), Andreas Kristensen, Yoakim Mehle, Tomas Delaney, Pyer-Emil Hoybyerq, Yens Striqer, Mikkel Damsqaard, Kasper Dolberq və Martin Breytveyt yer alıblar.

Qarşılaşmanı niderlandlı Byörn Kuipers idarə edir. 2:1 hesabı ilə qalib gələn Danimarka yarımfinala yüksəlib. Danimarka yarımfinalda İngiltərə-Ukrayna qarşılaşmasının qalibi ilə üz-üzə gələcək. Romadakı “Olimpiko” stadionunda baş tutacaq İngiltərə-Ukrayna oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi almaniyalı Feliks Brix olacaq.

3 iyul

1/4 final

20:00. Çexiya – Danimarka – 1:2
Qollar: 
Dileyni, 5 (0:1), Dolberq, 42 (0:2), Şik, 49 (1:2)
Baş hakim: Byörn Kuypers (Niderland)
Bakı. Bakı Olimpiya Stadionu