Damanskin azərbaycanlı qəhrəmanı (2)

636
Çinin ərazi iddiası ilə çıxış etdiyi Damansk adasının uzunluğu 500 metr, eni isə 300 metr idi. 
Ada Ussuri çayının SSRİ sahillərindən 220, adıçəkilən çayın Çin  sahillərindən isə cəmisi 47 metr məsafədə yerləşirdi. Əslində beynəlxalq hüquq normaları baxımdan ada iki ölkə arasında sərhəd hesab edilən Ussuri çayının ortasından o biri tərəfdə, Çinə daha yaxın ərazidə yerləşdiyi üçün həmin dövlətə məxsus olmalı idi. Ancaq çar imperiyası tərəfindən bu ərazi işğal edilərkən qarşı tərəflər arasında imzalanan anlaşmada sərhədin çayın ortasından və ya Çinin sahilərindən keçməsi barədə heç nə yazılmamışdı. Həmin dövrdə çaydakı adanın orta xətdən bu və ya digər tərəfdə olduğu halda, həmin ərazinin də ona məxsus olması barədə beynəlxalq səviyyədə hər hansı bir qərar da qəbul edilməmişdi. Buna baxmayaraq, Çin məhz sonralar qəbul edilən beynəlxalq hüquq prinsiplərinə görə, Damansk adasının özünə məxsus olduğunu qəti şəkildə tələb edirdi.

Çin SSRİ-yə qarşı ərazi iddiaları irəli sürərək, sərhəddə vəziyyəti gərginləşdirməkdə idi. Bu gərginlik özünü, xüsusilə, Tofiq Abbasovun xidmət etdiyi Ussuriysk çayındakı cəmisi 0, 74 kvadratkilometr sahəsi olan Damansk adasında özünü daha çox hiss etdirməkdə idi. Ada SSRİ-yə mənsub olsa da, orada çinlilər təsərrüfat işləri ilə məşğul olurdular və buna görə onlara heç kim bir söz demirdi. Ancaq adada təsərrüfat işləri ilə məşğul olan çinlilərə buna görə heç nə deyilməməsi qarşı tərəfi şirnikləndirmiş və onlar adaya qarşı ərazi iddiaları ilə çıxış etməyə başlamışdılar.

Evə qayıtmağına az qalmışdı

Həmin dövrdə Tofiq Abbasov artıq 2 il yarıma yaxın idi ki, hərbi xidmətdə idi. Evə gəlməsinə, doğma vətənə qayıtmasına cəmisi 6-7 ay qalmışdı. Kim bilir, bəlkə də o vaxt Tofiq Abbasov vətənə qayıtması üçün günləri sayırdı, bəlkə də şirin arzular qurur, geriyə qayıdandan sonra hansı işləri görəcəyi barədə planlar qızırdı. Adətən, insanın gənc yaşlarında arzu və istəkləri bitməz-tükənməz olur, neçə-neçə xəyallar sinədə yuva qurur, insanı sonsuzluğa səsləyir. Tale hamımızı belə yaradıb və insan xəyallarının arzularının, gənclik eşqinin, bir dəli sevginin  coşan çay kimi sinəndə baş qaldıraraq qanadlarında səni bambaşqa bir aləmə apardığı bir vaxtda hərbi xidmət qapını döyür. Həmkarlarımdan birinin də dediyi kimi, əsgərliyə ana uşağı kimi gedir, mətinləşmiş bir ər kimi geriyə qayıdırsan. Tofiq Abbasov da vətəndən uzaqlarda xidmət etməyə gedərkən sinəsində min arzusu çiçək açan bir gənc idi, arzuları bütib tükənmirdi. Amma əsgərlik həyatı onu da mətinləşdirmiş, komandirlərinin sevimlisi olan bir əsgərə çevrilmişdi. Dəfələrlə komandirlərindən təşəkkürlər dolu məktublar evlərinə, doğma Dəvəçiyə (Şabrana) getmişdi. 1969-cu ilin mart ayında onun hərbi xidmətini başa vurmasına az qalmışdı, həmin ilin payızında vətənə qayıdacaq, atası Rza müəllimə, anasına, bacı-qardaşlarına, yaxınlarına qovuşacaq, onları sevindirəcəkdi. Amma  o vaxt Ussuri çayındakı Damansk adasının üzərini qara buludlar almaqda idi. Damansk adası və burada xidmət edənlər özləri də  bilmədən əbədiyyətə sürüklənirdilər. Hələ onda heç kim bilmirdi ki, Damansk adası mərd igidlərin al qanlarına boyanacaq, burada xidmət edənlərin bəziləri üçün son məkana  çevriləcək… Belə ki, həmin  dövrdə Çinin SSRİ-yə qarşı ərazi iddiası get-gedə böyüməkdə və bu da iki ölkə sərhədində silahlı toqquşmalara yol açmaqda idi. SSRİ rəhbərliyində Çinin ərazi iddialarına boş bir şey kimi yanaşır, qarşı tərəfin bütün hallarda silaha əla atacağına inanmırdılar. Ona görə də Damansk adasının mühafizəsi üçün əlavə canlı qüvvə və hərbi texnika ayrılmamışdı. Bəlkə də vaxtında Damanskla bağlı əlavə hərbi tədbirlərə əl atılsaydı, Çin tərəfi silahlı təxribatdan çəkinəcək, Damanska hücum etməyə cəsarət etməyəcəkdi. Lakin SSRİ rəhbərliyinin Çinin Damanska hücum etməyəcəyinə olan illüziyaları və qarşı tərəflə münasibətləri daha da gərginləşdirməmək siyasəti boşa çıxdı.

Damanskda ilk döyüş

Çinin ərazi iddiası ilə çıxış etdiyi Damansk adasının uzunluğu 500 metr, eni isə 300 metr idi. Ada Ussuri çayının SSRİ sahillərindən 220, adıçəkilən çayın Çin  sahillərindən isə cəmisi 47 metr məsafədə yerləşirdi. Əslində beynəlxalq hüquq normaları baxımdan ada iki ölkə arasında sərhəd hesab edilən Ussuri çayının ortasından o biri tərəfdə, Çinə daha yaxın ərazidə yerləşdiyi üçün həmin dövlətə məxsus olmalı idi. Ancaq çar imperiyası tərəfindən bu ərazi işğal edilərkən qarşı tərəflər arasında imzalanan anlaşmada sərhədin çayın ortasından və ya Çinin sahilərindən keçməsi barədə heç nə yazılmamışdı. Həmin dövrdə çaydakı adanın orta xətdən bu və ya digər tərəfdə olduğu halda, həmin ərazinin də ona məxsus olması barədə beynəlxalq səviyyədə hər hansı bir qərar da qəbul edilməmişdi. Buna baxmayaraq, Çin məhz sonralar qəbul edilən beynəlxalq hüquq prinsiplərinə görə, Damansk adasının özünə məxsus olduğunu qəti şəkildə tələb edirdi. SSRİ rəhbərliyi həmin dövrdə fakt qarşısında qalsa da geri addım ata bilmirdi. Çünki bunun ardınca Çin və digər dövlətlər tərəfindən yeni ərazi iddiaları qaldırıla bilərdi. Çin SSRİ rəhbərliyinin məsələ ilə bağlı qətiyyətsiz hərəkətlərindən və Damanskla bağlı beynəlxalq hüquq normalarının özü tərəfində olmasından istifadə etmək qərarına gəlmişdi. Çin tərəfi adanı qaytarmaq üçün olduqca dəqiq hesablanmış hücum planı hazırlamışdı. Nə qədər qəribə olsa da, SSRİ kəşfiyyatı Çinin Damanska hücum  planından xəbər tuta bilməmişdi.

1969-cu il mart ayının 2-də gecə 300 nəfər Çin hərbçisi gizli şəkildə adaya çıxdı. Həmin vaxt  yağan güclü qar  və bunun ardınca baş verən qar tufanı çinli əsgərlərin adaya çıxmasının sərhəddə keşik çəkənlər tərəfindən xəbər tutmamasına gətirib çıxarmışdı. Çin hərbçiləri adaya çıxandan sonra özləri üçün döyüş mövqeyi seçərək səhərin açılmasını gözləməyə başladılar. Eyni zamanda Ussuri cayının Çin sahillərində də adaya çıxan hərbçilərin hər an yardımına gəlməyə hazır olan çoxlu sayda hərbi texnika və canlı qüvvə yerləşdirilmişdi.

Çinlilərin adaya gizli şəkildə çıxmasından SSRİ sərhədçiləri yalnız səhər saat 10-da xəbər tutdular. Dərhal  zabitlər İvan Strelnikovun və Nikolay Buyneviçin komandanlığı altında 32 nəfər sərhəd-mühaziə xidməti əsgəri adanı tərk etmələri üçün qarşı tərəflə danışıqlara göndərildi.  Onlar iki qrupa bölündülər.  Bir qrupa zabitlər İvan Strelnikov və Nikolay Buyneviç rəhbərlik edirdi. Onlar çinlilərlə danışıqlar aparmalı və onlardan adanı tərk etmələrini tələb etməli idilər. Serjant Vladimir Raboviçin rəhbərliyi altında digər sərhədi-mühafizə qrupu isə adanı yoxlamaq və həm də danışıqlara gedən sərhədçilərin təhlükəsizliyini təmin etmək üçün digər tərəfə göndərildi. Lakin Çin hərbçiləri onları yaxına buraxaraq, avtomatlardan atəşə tutdular. Nəticədə Çin hərbçiləri ilə danışıqlara gedən birinci qrupun bütün üzvləri həlak oldu. Adanı yoxlamaq üçün əks-istiqamətə göndərilən qrup da düşmən tərəfindən qurulan tələyə düşdü və onların üzərinə həm pusqudakılar, həm də adanın Çin sahillərindən yağış kimi atəş yağdırıldı. Nəticədə iki qrupdakı əsgərlərin hamısı – 31 nəfər həlak oldu. Bir nəfər sərhədçi yefreytor Pavel Akulov isə yaralı halda əsir düşdü. Onun bədənini isə çinlilər süngülərlə dəlik-deşik etdilər.  Həlak olan 32 nəfərin arasında Tofiq Abbasovun adı yoxdur. Belə başa düşmək olar ki, Tofiq Abbasov həmin vaxt postda olmayıb. Hər halda bu onun martın 2-də sərhəddə baş verən döyüşlərdə ölümdən xilas olmasına imkan vermişdi.

Adada vuruşan sərhədçilərə təcili şəkildə əlavə hərbi qüvvə, o cümlədən Tofiq Abbasovun da xidmət etdiyi 69-cu sərhəd zastavasının əsgərləri göndərildi. Tofiq Abbasov və yoldaşları düşməni adadan çıxarmaq üçün döyüşlərə başladılar. Sonralar döyüş yoldaşları Tofiq Abbasov haqqında: “İlk döyüşdəcə Tofiq Abbasov sərrast atəşlərlə düşmənləri yerə sərir, onlara başlarını qaldırmağa imkan vermirdi.

 

Əzİz Mustafa