Bakı-2015 I Avropa Oyunlarının XI günündə 13 dəst medalın sahibi müəyyənləşib. Bu gün (22 iyun) hesabına 4 mükafat əlavə edən Azərbaycan yığmasının aktivindəki medalların sayı 39-a çatıb.
İlk 11 gündən sonra Azərbaycan 14 qızıl, 11 gümüş, 14 bürünc medalla komanda hesabında 2-ci pillədəki mövqeyini qoruyub.
Siyahının lideri olan Rusiya bu gün daha 10 medal qazanaraq, izləyiciləri ilə fərqi daha da artırıb. Hesabında 87 mükafat olan rusiyalıların medallarından 45-ı qızıl, 23-ü gümüş, 19-u bürüncdü. Almaniya isə 3-cü pillədəki yerini qoruyub.
Həmçinin bu gün daha bir ölkə ilk mükafatını qazanıb. Belə ki, Kipr atıcılıq yarışında gümüş medal əldə edib. Bununla kiprlilər 40-cı medalçı komanda olub.
Qeyd edək ki, Bakı-2015-in ilk 11 günündə ümumilikdə 502 – 154 qızıl, 154 gümüş, 194 bürünc medalın sahibi müəyyənləşib. Medalçı 40 ölkədən 24-ü çempionluq sevinci yaşayıb.
Yer | Ölkə | Qızıl | Gümüş | Bürünc | Cəmi |
1 | Rusiya | 45 | 23 | 19 | 87 |
2 | Azərbaycan | 14 | 11 | 14 | 39 |
3 | Almaniya | 11 | 9 | 12 | 32 |
4 | Belarus | 10 | 9 | 22 | 41 |
5 | Serbiya | 8 | 4 | 0 | 12 |
6 | Böyük Britaniya | 8 | 3 | 7 | 18 |
7 | Macarıstan | 8 | 2 | 5 | 15 |
8 | İspaniya | 7 | 8 | 7 | 22 |
9 | İsveçrə | 7 | 4 | 2 | 13 |
10 | İtaliya | 6 | 9 | 3 | 18 |
11 | Türkiyə | 5 | 3 | 15 | 23 |
12 | Ukrayna | 4 | 11 | 14 | 29 |
13 | Fransa | 4 | 5 | 8 | 17 |
14 | Hollandiya | 3 | 6 | 7 | 16 |
15 | Belçika | 3 | 3 | 1 | 7 |
16 | Portuqaliya | 2 | 4 | 2 | 8 |
17 | Slovakiya | 2 | 2 | 2 | 6 |
18 | Polşa | 1 | 5 | 5 | 11 |
19 | Xorvatiya | 1 | 3 | 5 | 9 |
20 | Yunanıstan | 1 | 3 | 2 | 6 |
21 | İsveç | 1 | 2 | 3 | 6 |
22 | Litva | 1 | 0 | 3 | 4 |
23 | Latviya | 1 | 0 | 1 | 2 |
24 | Sloveniya | 1 | 0 | 0 | 1 |
25 | Avstriya | 0 | 6 | 3 | 9 |
26 | Gürcüstan | 0 | 3 | 7 | 10 |
27-28 | Bolqarıstan | 0 | 3 | 4 | 7 |
İsrail | 0 | 3 | 4 | 7 | |
29 | Rumıniya | 0 | 3 | 3 | 6 |
30 | Danimarka | 0 | 2 | 1 | 3 |
31 | Çex | 0 | 1 | 4 | 5 |
32 | Moldova | 0 | 1 | 2 | 3 |
33 | San Marino | 0 | 1 | 1 | 2 |
34-35 | Ermənistan | 0 | 1 | 0 | 1 |
Kipr | 0 | 1 | 0 | 1 | |
36 | Makedoniya | 0 | 0 | 2 | 2 |
37-40 | Estoniya | 0 | 0 | 1 | 1 |
Finlandiya | 0 | 0 | 1 | 1 | |
Monteneqro | 0 | 0 | 1 | 1 | |
Norveç | 0 | 0 | 1 | 1 |