“Daçiya” və “Jelezniçar” qalib gəldi

519

Avropa Liqasında 2015/16 mövsümü start götürüb. Yarışın ilk 3 qarşılaşması keçirilib.

Turnirə Maltada yerli “Baltsan”la Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar” arasında görüşlə start verilib. Bosniyalılar səfərdə 2:0 hesabı ilə qələbə qazanıblar.

Günün ikinci qarşılaşması Lüksemburqda baş tutub. Burada yerli “Proqres”lə İrlandiya təmsilçisi “Şemrok Rovers” görüşüb. Matçda qol olmayıb.

Makedoniyanın “Renova” klubu isə Moldova “Daçiya”sını qəbul edib. Moldovalılar səfərdə qalib gələrək növbəti mərhələ şanslarını artırıblar.

Qeyd edək ki, iyulun 2-də I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində 48 qarşılaşma baş tutacaq. Azərbaycan klubları “Neftçi”, “İnter” və “Qəbələ” də ilk sınağına həmin gün çıxacaq.

Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
30 iyun

“Baltsan” (Malta) – “Jelezniçar” (Bosniya və Herseqovina) – 0:2
Qol: Bajic, 4 (pen.), 13

“Proqres” (Lüksemburq) – “Şemrok Rovers” (İrlandiya) – 0:0

“Renova” (Makedoniya) – “Daçiya” (Moldova) – 0:1
Qol: Roska, 12

 

Çempionlar Liqasında I təsnifat mərhələsinə də start verilib. Azərbaycan çempionu “Qarabağ”ın azad olduğu mərhələnin ilk 3 qarşılaşması keçirilib. Qitənin ən nüfuzlu klub turniri iki zəif komandanın – “Pünik”lə “Folqor”un matçı ilə start götüüb. Ermənilər öz meydanında 2:1 hesablı qələbə qazanıblar. Bu qarşılaşma başa çatandan sonra “Linkoln” və “Santa Koloma” üz-üzə gəlib. Oyunda hesab açılmayıb.

“Kruzaders”lə “Levadiya”nın qarşılaşmasında da qol olmayıb.

 

Qeyd edək ki, bu gün ilk oyunlar çərçivəsində B-36 (Farer adaları) – TNS (Uels) görüşü keçiriləcək.

 

Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

 

 

“Pünik” (Ermənistan) –  “Folqor” (San-Marino) – 2:1

Qollar: Satumyan, 45+2, Romero, 48 – Hirsx, 71

 

“Linkoln” (Cəbəllütariq) – “Santa Koloma” (Andorra) – 0:0

 

“Kruzaders” (Şimali İrlandiya) – “Levadiya” (Estoniya) – 0:0