“D” qrupunda mübarizə başa çatdı 

675
Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatının “D” qrupunda mübarizə başa çatıb. İyunun 24-də Natal şəhərindəki “Dunas” stadionunda İtaliya və Uruqvay yığmaları qarşılaşıblar.

Meksikalı baş hakim Marko Rodrigezin idarə etdiyi görüşdə Uruqvay komandası İtaliya millisini 1:0 hesabı ilə məğlub edib.
Oyunda yeganə qolu cənubi amerikalıların heyətində 83-cü dəqiqədə D.Qodin vurub. Görüşün 60-cı dəqiqəsində isə İtaliya millisinin heyətində Marçisio qırmızı vərəqə alıb.
Belo Horizonte şəhərindəki “Mineyro” stadionunda keçirilən görüşdə isə Kosta-Rika və İngiltərə yığmaları görüşüblər.
Əlcəzairli baş hakim Camel Haymudi idarə etdiyi və qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesab açılmayıb.
Beləliklə, Kosta-Rika “D” qrupunda keçirdiyi üç matçın ikisində qalib gələrək və bir oyunda heç-heçə etməklə səkkizdəbir finala vəsiqəni 7 xalla təmin edib. Altı xalla qrup mərhələsini ikinci sırada tamamlayan Uruqvay yığması da səkkizdəbir finalda mübarizəni davam etdirəcəkdir. İtaliya yığması üçüncü, İngiltərə millisi isə qrupu axırıncı pillədə başa vurub.