Dəyşməyən erməni xisləti

Məlum olduğu kimi, ölkəmizin əhalisinin 95 faizindən çoxu islam dininə etiqad edir. Lakin respublikamızda müxtəlif dini konfessiyalar da azad və sərbəst şəkildə fəaliyyət göstərirlər. Azərbaycan ərazisində müxtəlif dinlərə məxsus olan tarixi abidələr münasibət də daha sübut edir ki, ölkəmizdə tarixən bütün dinlərə hörmətlə yanaşılmış və bu ənənə bu gün də saxlanılır. Prezident İlham Əliyev respublikamızda fəaliyyət göstərən bütün dini konfessiyaların bayramlarında və əlamətdar günlərində müsəlmanlara, xristianlara və yəhudilərə birgə müraciətlər edir, bayramlarda insanları təbrik edir. Bunu bütün dünya da yaxşı bilir.

Amma işğal altında saxladıqları ərazilərimizdəki məscidləri məhv etməklə kifayətlənməyən, digər xalqlara və dinlərə qarşı dözümsüzlüklə səciyyələnən cəmiyyət yaradan işğalçı Ermənistan Şuşadakı İoann Predteça pravoslav kilsəsini, Xocavənd pravoslav kilsəsini, Kəlbəcər rayonunda yerləşən Xudavəng və Gəncəsər monastırları və digər dini məkanlar da daxil olmaqla, Qafqaz Albaniyasına aid bir çox məbədləri də vandalizmə məruz qoyublar.
Şübhəsiz, bu kimi vandal əməlləri ilə erməni faşistləri minilliklər ərzində yaşadığımız torpaqlardan tarixi keçmişimizi, mənəvi yaddaşımızı silməyə, işğal etdikləri  ərazilərdə də yalnız erməni izi yaratmağa çalışıblar.

Amma Ermənistan yenə öz ampulasından çıxış edərək ölkəmizə qarşı hədyanlar yağdırmaqda davam edir. Yəni dini-mənəvi dəyərlərə yüksək diqqətlə yanaşan bir Prezidentin rəhbəri olduğu multikultural Azərbaycana indi guya işğaldan azad olunan ərazilərdəki xristian dininə məxsus abidələrin təhlükə altında olması ilə bağlı iftiralar atmaqdadır. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyanın bu gün ölkəsinin mətbuatında söylədikləri də bunu bir daha sübut edir. O, iddia edir ki, guya Cəbrayıl şəhəri yaxınlığındakı Zoravor Surb Astvatsatsin kilsəsi həmin ərazi Azərbaycanın nəzarəti altına keçəndən sonra məhv edilib. Üstəlik əlavə edib ki, bu, son müharibədən sonra dini bir binanın dağıdılması ilə bağlı yeganə hal deyil, odur ki, beynəlxalq aləm bu məsələdə Azərbaycanı qınaq obyektinə çevirməlidir. Bu yerdə deyiblər də… Utanmasan, oynamağa nə var ki?!
Yeri gəlmişkən, Prezident İlham Əliyev  ötən il dekabrın 23-də Zəngilan rayonuna səfər əsnasında növbəti dəfə ermənilərin tarixi-mədəni və dini abidələri vəhşicəsinə dağıtmasına diqqət çəkmiş və erməni vandallığını sərt tənqid etdikdən sonra demişdir: “Elə müharibə qurtaran kimi başlayıblar ki, erməni xalqının abidələri gərək qorunsun. Biz bütün abidələri qoruyuruq, bütün xalqların abidələrini qoruyuruq və dünya bunu bilir”. Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərimizə növbəti səfərlərində də Ermənistanın dini abidələrə qarşı həyata keçirdiyi vəhşilikləri bir daha gündəmə gətirməklə yanaşı, onların tezliklə bərpa ediləcəyini də vurğulamışdır. Zənnimizcə, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyanın da bu açıqlamalardan xəbəri var. Bəs elə isə Anna niyə sayıqlayır, niyə hədyanlar yağdırır? Şübhəsiz, bu, onun dəyşməyən erməni xislətindən irəli gəlir.

Qvami Məhəbbətoğlu, “İki sahil”