Cüneyt Arkın vəfat edib

57

Türkiyənin məşhur aktyoru Cüneyt Arkın 84 yaşında vəfat edib.

Aktyorla vida mərasimi bu gün keçiriləcək.

Cüneyt Arkın 1937-ci ildə anadan olub. Əsl adı Fəxrəddin Cüreklibatur olan aktyor Cüneyt Arkın adı ilə məşhurlaşıb.

Aktyor, əsasən, “Yeşilçam”ın əfsanəvi ulduzları – Türkan Şoray, Hülya Koçyiğit, Fatma Girik və Filiz Akınla birgə filmlərdə rol alıb.