“Çox xoş oldu…”

0
122

Dövlətimiz koronavirusla mübarizədə hərtərəfli zəruri tədbirlər görür, yoluxmanın qarşısını almaq üçün önləyici tədbirlərini davam etdirir. Bütün görülən işlər öz nəticəsini verməkdədir. Xəbər verildiyi kimi, bu gündən fəaliyyətinə icazə verilən bir sıra iş yerləri də artıq fəaliyyətə başlayıb. Bununla bağl Mingəçevir şəhərinin bir neçə sakininin fikirlərini öyrənməyə çalışdıq.

 

Şəhər sakini Dilgüşə Ahəngəri ded ki, biz dövlətimizin apardığı bu mübarizədə onun yanında olmalıyıq: “Bunun üçün isə çox şey tələb olunmur.  Can sağlığımızı, yaxınlarımızın səhhətini qorumaq üçün sosial məsafə saxlamağı, qoruyucu maskadan və gigiyenik vasitələrdən istifadə etməyi davam etdirməliyik. Yəni bu yumşalmalar bizi arxayın salmamalıdır. Artıq peyvəndləmə işlərinə də start verilib. Biz də öz növbəmizi gözləyirik…”

Fəaliyyətinə icazə verilən iş yerlərindən biri də muzeylərdir. Mingəçevir Tarix Muzeyinin direktoru Nöfər Məmmədəliyev bizimlə söhbətində bildirdi ki, bildiyiniz kimi, məlum səbəbdən muzeylər, sərgi salonları fəaliyyətini dayandırmışdı: ”Şükürlər olsun ki, onlar da bugündən fəaliyyətlərini bərpa ediblər. Biz də bu gündə işçilərimizin  30 % ilə iş başındayıq.”

Müsahibimiz, həmçinin qeyd etdi ki,  muzey fəaliyyətini dayandırdığı günlərdə əməkdaşlar verilən 3 saatlıq icazədən istifadə edərək muzey üçün bir sıra yeni eksponatlar toplayıblar.

Bu gün muzeyin ilk ziyartəçilərindən biri olan Günel Aydınova isə bizimlə söhbətində belə dedi: ”Xeyli vaxt idi ki, pandemiya ilə bağlı muzey də bağlanmışdı. Çox xoş oldu ki, bu kimi sahələrin fəaliyyəti bərpa edildi”.

 

Esmira Hidayətova, Mingəçevir