Çox məmnunuq ki, Azərbaycanın sərhədləri bərpa olunub

0
29

İtaliyanın müxtəlif siyasi qüvvələrini təmsil edən parlament nümayəndələrinin Gəncə şəhərinə səfərinin başlıca məqsədi 30 il sürən müharibənin ağrılı nəticələrini görmək və günahsız insanların həlak olduğu bu məkanı ziyarət etməkdir.

alpaninfo.com  azvision-a istinadən xəbər verir ki, bu barədə İtaliya Senatının üzvü, İtaliya-Azərbaycan Dostluq Assosiasiyası rəhbərinin müavini Maria Rizotti bildirib.

“Əlbəttə, bu gördüklərimiz müharibənin çox ağrılı nəticəsidir. Burada günahsız insanlar və uşaqlar həlak olub. Lakin biz çox məmnunuq ki, Azərbaycanın artıq beynəlxalq hüquq tərəfindən tanınan sərhədləri bərpa olunub. İndi isə bu məsələnin daha bir çətin mərhələsi başlayır. Belə ki, insanları vaxtilə yaşadıqları yerlərə qaytarmaq üçün bütün bu ərazilərdə bərpa işlərinə başlanılır.

Azərbaycan-İtaliya dostluq əlaqələrinə əsaslanaraq deyə bilərəm ki, müharibə nəticəsində ölkənin ziyan çəkmiş ərazilərinin dirçəldilməsində biz də öz dəstəyimizi göstərəcəyik”, – deyə Maria Rizotti qeyd edib.

Xatırladaq ki, ötən gün italiyalı deputatlar oktyabrın 11-də və 17-də Gəncədə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntıların olduğu əraziləri ziyarət ediblər.