ÇL: Pley-off mərhələsinin növbəti oyunları keçiriləcək

60

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin növbəti oyunları keçiriləcək.

İkinci oyun günündə 3 qarşılaşma baş tutacaq.

Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda Çexiyanın “Viktoriya” (Plzen) komandasını qəbul edəcək.

İsrailin “Makkabi” (Hayfa) klubu Serbiya “Srvena Zvezda”sı ilə, Ukraynanın “Dinamo” (Kiyev) kollektivi isə Portuqaliya “Benfika”sı ilə görüşəcək.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

17 avqust

20:45. “Qarabağ” (Azərbaycan) – “Viktoriya” (Plzen, Çexiya)

23:00. “Makkabi” (Hayfa, İsrail) – “Srvena Zvezda” (Serbiya)

23:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Benfika” (Portuqaliya)