Çıxdı tank üstə qoçaq…

0
511
Bəzən şiddətli yağış, bəzən də qar uşaqların məktəbə getməsinə imkan vermir. 
 Çox vaxt məktəblərdə tətil olmasa da, ana və atalar belə kəskin hava şəraitində övladlarının məktəbə getməsinə razı olmurlar. İngiltərədə yaşayan iki uşaq atası Nik Mid üçün havanın necə olması bir o qədər də önəmli deyil. Çünki 53 yaşlı ata Eşli və Deni adlı iki oğlunu hər gün məktəbə tankla aparır. Ölkənin Northemptonşir bölgəsində Helmdon kəndində yaşayan ailə hərbi silah-sursat, o cümlədən tank icarə şirkətinin sahibidir.  Midin ümumi dəyəri 2 milyon funt-sterlinq olan 120-dən çox hərbi vasitəsi var. Buna görə də o, uşaqlarını 17 ton ağırlığı olan tankla  məktəbə aparıb-gətirməklə kifayətlənmir, hətta boş vaxtlarında oğlanlarına tank sürməyi də öyrədir. Mid yolda tankla gəzməyin qanuni olduğunu və bunda hər hansı bir problem olmadığını düşünür. Təxminən 20 ildir tank sürdüyünü deyən Mid indiyə qədər hər hansı bir qəza törətmədiyini də vurğulayıb. Onun sözlərinə görə, yolda onu tankla görənlər öz təəccüblərini gizlədə bilmirlər. Uşaqlarının tankı çox sevdiyini və məktəbə tankla getməyi çox xoşladıqlarını vurğulayan ata oğullarının məktəb yoldaşlarının da tankla şəkil çəkdirmək istədiklərini bildirib.  Mid orduda xidmət etmədiyini, sadəcə, bu sahəyə marağı olduğunu da əlavə edib.  Qeyd edək ki, Midin ilk  zirehli hərbi vasitəsi 20 il əvvəl aldığı 750 min funt-sterlinq dəyərindəki “FV433 Abbot” olub. Hazırda Mid tanklarının çoxunu film, parad və toy kimi müxtəlif tədbirlər üçün icarəyə verir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here