Çimərlik mövsümü başladı

0
486

İyunun 8-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) Buzovna xilasetmə məntəqəsində 2014-cü il yay çimərlik mövsümünün açılışı ilə bağlı mərasim keçirilib. Mərasimdə fövqəladə hallar nazirinin müavini Teymur Mehdiyev və digər əlaqədar təşkilatların nümayəndələri iştirak ediblər.
Əvvəlcə mərasim iştirakçıları DSXX-nın su nəqliyyat vasitələri, xilasetmə texnikaları və avadanlığı ilə tanış olublar. Tədbirdə çıxış edən DSXX-nin Təbliğat-təşviqat şöbəsinin müdiri Mənsur Piriyev bildirib ki, xidmət su hövzələrində insanların təhlükəsizliyini təmin etmək üçün tabeliyində olan 400-dən artıq şəxsi heyəti və 200-ə yaxın xilasetmə texnika və avadanlıqları ilə xilasetmə işlərini ildən-ilə təkmilləşdirir, su hövzələrində baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirir.

DSXX-nin xilasetmə və dalğıc işləri üzrə şöbəsinin müdiri Elsevər Həsənov qeyd edib ki, 2005-ci ildən 2014-cü ilin müvafiq dövrünə qədər çimərlik və qeyri-çimərlik ərazilərində 3349 nəfərin, bu il isə 13 nəfərin həyatı xilas edilib. Onun sözlərinə görə, ölkənin qeyri-çimərlik sahələrində 55 nəfər ölüb, 265 nəfərin həyatı isə xilas edilib.

 

M. Piriyev isə jurnalistlərə açıqlamasında deyib ki, havaların isti olması ilə əlaqədar DSXX-nin şəxsi heyəti mayın 23-dən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: “Ancaq havaların küləkli olması ilə əlaqdar dəniz mövsümünün açılışı bu gün həyata keçirildi”.

 

M. Piriyev əlavə edib ki, son illər yerli icra orqanları ilə aparılan işlər nəticəsində artıq qeyri-çimərliklərdə də nəzarət gücləndirilib və bu ildən başlayaraq, qadağan olunmuş çimərliklərdə vətəndaşların istirahətinə nəzarət daha da gücləndiriləcək.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here