Ciddi karantin rejimi tətbiq olunacaq

0
154

“Birinci klastr üzrə ciddi karantin rejimi tətbiq oluncaq”. APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. L. Abdullayeva deyib ki, 21 iyun saat 00.00-dan 5 iyul saat 6.00-dək ciddi karartin rejimi tətbiq olunacaq: “Bakı, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Abşeron, Gəncə və Masallıda ciddi karantin rejimi tətbiq olunacaq”.

İyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlər tətbiq olunacaq. O bildirib ki, bu yerlərdə vətəndaşlar SMS icazə ilə evdən çıxa biləcəklər. Dövlət və özəl təşkilatlarda işə çıxma ilə bağlı məhdudiyyətlər olacaq. Ticarət obyektləri bağlanacaq. Bərbərxana və gözəllik salonları bağlanır, muzey və sərgi salonları bağlanır. Açıq havada idman oyunları qadağan edilir.